Azərbaycan Ordusunun itkin düşmüş əsgəri torpağa tapşırılıb

Azərbaycan Ordusunun iyunun 9-da naməlum şəraitdə itkin düşmüş, Şərurun Günnüt yaşayış məntəqəsi istiqamətində nəşi tapılan əsgəri dəfn edilib.
Avtosfer.az xəbər verir ki, Ceyhun Huseynovun nəşi Ordubad rayonu Gənzə kəndinə gətirilib. Evindən mərhumla vida mərasimi keçirilib, daha sonra cənazə namazı qılınıb.
C.Hüseynov Gənzə kənd qəbirstanlığında torpağa tapşırılıb. Dəfn mərasimində rayon icra hakimiyyətinin nümayəndələri, Əlahiddə Ümumqoşun Ordusunun hərbi qulluqçuları, rayon və kənd sakinləri, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Hüseynov Ceyhun Tofiq oğlunun nəşi bu gün səhər saatlarında Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Günnüt yaşayış məntəqəsi istiqamətində aşkar edilərək şəxsiyyəti müəyyən edilib.
Fakt üzrə Naxçıvan hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilərək icraya yönəldilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.
Hazırda istintaq davam etdirilir.
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












