Azərbaycan QHT-ləri Ermənistanı Araz çayında ekoloji monitorinqlərin keçirilməsinə şərait yaratmağa çağırıb

Azərbaycan QHT-ləri Ermənistanı Araz çayında ekoloji monitorinqlərin keçirilməsinə şərait yaratmağa çağırıb.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bunu "Environmental Protection First" (EPF) Koalisiyasının həmtəsisçisi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın rəhbəri Amin Məmmədov aprelin 10-da Bakıda Ermənistanın qanunsuz dağ-mədən sənayesi fəaliyyətinin Azərbaycan çaylarını, bütövlükdə Cənubi Qafqazın ekologiyasını zəhərləməsinə həsr olunmuş brifinqdə deyib.
Onun sözlərinə görə, rəsmi Bakı illərdir Ermənistanın Araz çayını çirkləndirməsini gündəmə gətirir:
"İndiyədək Azərbaycandan başqa heç bir ölkə mövcud problemi dilə gətirməmişdi. İndi isə İran tərəfinin "Payam media" platformasında Arazın çirklənməsi ilə bağlı məlumatlar dərc olundu. Nəşrdə qeyd edilib ki, çayın çirkli suyundan istifadə insanların mədə-bağırsaq xəstəliklərinin və xərçəngin yaranmasına səbəb olur".
A.Məmmədov bildirib ki, Ermənistanın özündə belə vətəndaş cəmiyyətləri bu məsələ ilə bağlı mövqelərini açıqlayıblar:
"Onlar mövcud problemə görə tənqidi fikirlər səsləndirdiklərindən Ermənistan hökuməti tərəfindən ciddi təzyiqlərə və təqiblərə məruz qalıblar. Biz vətəndaş cəmiyyəti olaraq Ermənistanı monitorinqlərin keçirilməsinə şərait yaratmağa çağırırıq. Bu monitorinqdə beynəlxalq bitərəf ekspertlər və azərbaycanlı mütəxəssislər də iştirak etməlidirlər".
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”











