Azərbaycan separatçı quldur rejimin rəhbərini beynəlxalq axtarışa verdi

“Separatçı quldur rejimin rəhbəri Araik Arutyunyan və digərləri sosial şəbəkələrdə Azərbaycanın dinc əhalisini məhv etməyə çağırış edirlər”.
Oxu.Az-ın məlumatına görə, bunu Baş prokuror Kamran Əliyev keçirilən brifinqdə bildirib.
“İstintaqın ilkin nəticəsində qeyd edilib ki, Azərbaycanın işğal olunmuş ərazilərində Araik Arutyunyan, onun köməkçisi David Babayan, “müdafiə naziri” Cəlal Arutunyan və qondarma qurumun qondarma “parlamenti”nin nümayəndəsi Armen Babacanyanın cinayət məsuliyyətinə сəlb edilməsi üçün Baş Prokurorluq tərəfindən müvafiq qərarlar çıxarılıb, onlar barədə axtarış elan edilib.
Bu qərarlaın icrası üçün Azərbaycanın müvafiq qurumlarına, o cümlədən, İnterpola müraciət olunub”, - deyə Baş prokuror qeyd edib.
Onun sözlərinə görə, Azərbaycan Silahlı Qüvvələri tərəfindən “müdafiə naziri” Cəlal Arutunyan barədə müvafiq tədbirlər görülüb:
“Bizim məlumata görə, o, məhv edilib. Ermənistan tərəfi isə onun ağır yaralandığını
bildirir, onun üçün ölümü təsdiqlənmir. Bizdə hələlik rəsmi təsdiq olmadığına görə Cəlal Arutyunyan barədə axtarış elan olunub.
Ölümü təsdiqlənsə, onun haqqında cinayət işinə xitam veriləcək. Onlar bu cinayətləri Ermənistanın digər vəzifəli şəxsləri ilə birlikdə törədiblər”.
Gələn il maaş və pensiyalar artırılacaq? - İQTİSADÇI
Avtobusların Bakı-Sumqayıt yoluna çıxışı 1 kilometr qısaldı: AYNA-dan yeni həll - VİDEO
Bakıda tıxacın iqtisadi zərəri hesablanacaq? – TƏKLİF
Böyükşor gölündə qəribə görüntü; suyun rəngi dəyişdi - VİDEO
Sürücülərin NƏZƏRİNƏ! - Bu yollarda tıxac var - FOTO
Ceyhun Bayramov Ararat Mirzoyanla görüşüb - FOTO
Sumqayıtın mərkəzindəki parkda yaranan natəmizlik narazılıq yaradır - VİDEO
Nazirlər Kabinetində 2027-ci ilin dövlət büdcəsi müzakirə edildi
Hazırda bu yollarda tıxac var - SİYAHI - FOTO
Əhalinin gəlirləri artıb; bəs alıcılıq qabiliyyəti? - İQTİSADÇI
Yeni Günəşlidə yollar niyə yarımçıq asfaltlanıb? – Sakinlər NARAZIDIR - VİDEO












