"Azərbaycan TRACECA dəhlizinin rəqəmsallaşdırılmasında nümunəvi rola malikdir" - Baş katib

TRACECA (Avropa-Qafqaz-Asiya) nəqliyyat dəhlizinin rəqəmsallaşdırılmasına dair Dünya Bankının dəstəyi ilə yol xəritəsi hazırlanır.
Avtosfer.az xəbər verir ki, bu barədə “Report”a müsahibəsində TRACECA-nın baş katibi Aset Asavbayev bildirib.
Onun sözlərinə görə, artıq dəhlizə daxil olan ölkələrdə rəqəmsallaşma səviyyəsinə dair müqayisəli təhlil aparılıb və Azərbaycanın bu prosesdəki rolunu nümunəvi hesab etmək olar:
“Ölkədə elektron gömrük sistemləri, "bir pəncərə" mexanizmi, e-CMR (beynəlxalq elektron qaimə) üzrə texnoloji həllər tətbiq olunub. Eyni zamanda, nəqliyyatın bütün növlərinin rəqəmsal idarə olunması üçün vahid milli platformanın yaradılması istiqamətində işlər görülür”.
Baş katib qeyd edib ki, TRACECA dəhlizinin 2030-cu ilə qədər rəqəmsallaşdırılması konsepsiyası təsdiqlənib və bu çərçivədə rəqəmsal transformasiya üzrə dövlətlərarası işçi qrupu yaradılıb:
“Qrup iştirakçı ölkələr arasında elektron sənədlərin tətbiqi, rəqəmsal məlumatların mübadiləsi və İT sistemlərinin uyğunlaşdırılması üzrə fəaliyyətləri əlaqələndirir”.
A.Asavbayev bildirib ki, rəqəmsallaşma sahəsində əsas nailiyyətlərdən biri Azərbaycan və Gürcüstan dəmir yolları, eləcə də Gürcüstan və Türkiyə arasında elektron daşıma məlumatlarının (CIM/SMGS formatında) uğurla mübadiləsidir:
“Hazırda Qazaxıstan, Türkiyə, Ukrayna və bu sahəyə maraq göstərən Moldova ilə də analoji işlər aparılır”.
Onun sözlərinə görə, rəqəmsallaşma, xüsusilə elektron yük qaiməsinin tətbiqi yüklərin emalını sürətləndirir, çatdırılma müddətini qısaldır və xərcləri azaldır:
“Daşımaların həcminin artdığı və logistika zəncirlərinin mürəkkəbləşdiyi bir şəraitdə bu, xüsusilə əhəmiyyətlidir”.
Baş katib əlavə edib ki, TRACECA çərçivəsində rəqəmsallaşdırma üzrə çoxtərəfli saziş layihəsi hazırlanıb və hazırda sənədin mətninə dair razılaşdırma prosesi aparılır:
“Sazişin məqsədi iştirakçı ölkələrin qanunvericiliklərindəki fərqlər və rəqəmsal yetkinlik səviyyəsindəki uyğunsuzluqlardan irəli gələn maneələri aradan qaldırmaqdır”.
Onun sözlərinə görə, konsepsiya çərçivəsində avtomobil daşımaları üçün elektron icazələrin tətbiqi planı da təsdiqlənib:
“Bu, logistika proseslərinin sadələşdirilməsi istiqamətində mühüm addımdır”.
A.Asavbayev vurğulayıb ki, əsas məqsəd milli informasiya sistemlərinin, o cümlədən Azərbaycanın Qazaxıstan, Türkmənistan, Gürcüstan və digər ölkələrlə uyğunluğu və inteqrasiyasını təmin etməkdir:
"Lakin iştirakçı ölkələrdə rəqəmsallaşma səviyyəsi və prioritetlər fərqlidir. Bu fərqləri nəzərə alaraq, koordinasiyalı əməkdaşlıq sayəsində dəhlizin tam rəqəmsal transformasiyasına nail olmaq mümkündür”.
Müsahibənin tam mətni ilə buradan tanış olmaq olar.
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Quduzluqla mübarizə günü və sahibsiz itlər
Dünyada sürücülər nə qədər cərimələnir? - Məbləğlər
Bakıda 5 küçəyə maşınların girişi birdəfəlik qadağan edilir - FOTO
Bakıda səkilər yenilənəcək: Ekspert 60 milyonluq layihədən danışdı












