Azərbaycan və Ermənistan bu qətnaməyə birgə dəstək verdi

Azərbaycanın və Ermənistanın Birləşmiş Millətlər Təşkilatı (BMT) yanında daimi nümayəndəliyi Özbəkistanın təşəbbüsü ilə BMT Baş Assambleyasında müzakirəyə çıxarılan və qəbul olunan qətnamə layihəsinə birgə dəstək verib. "Report" xəbər verir ki, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin 2021-ci ilin sentyabrında BMT Baş Assambleyasının 76-cı sessiyasındakı çıxışı zamanı təklif etdiyi "Mərkəzi Asiya ölkələrinin narkotiklərlə bağlı problemlərin effektiv həlli və aradan qaldırılması üçün vahid cəbhə kimi çıxış etməyə və əməkdaşlığa hazır olması haqqında" qətnamənin konsepsiyası Assambleyada müzakirəyə çıxarılıb.
Müzakirələrdə çıxış edən Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı (BMT) yanında daimi nümayəndəliyinin birinci katibi Nərmin Ahəngəri bildirib ki, Azərbaycan Mərkəzi Asiya ölkələrinin narkomaniya ilə bağlı çağırışlara cavab vermək və narkomaniyadan azad bir cəmiyyət yaratmaq, eləcə də dünyada narkotik probleminin effektiv həllinə və ona qarşı mübarizəyə töhfə vermək qətiyyətini alqışlayır: "Azərbaycan Respublikası Mərkəzi Asiyanın bütün beş ölkəsi ilə dostluq və konstruktiv əməkdaşlıq edir. Bir çox sahələrdə, o cümlədən nəqliyyat, logistika, enerji, kənd təsərrüfatı, turizm sahələrində sıx əlaqələrimiz var və əməkdaşlığımızın daha da genişləndirilməsinə böyük əhəmiyyət veririk. Azərbaycan bu qətnamənin sponsorudur. Biz inanırıq ki, bu qətnamə dünya narkotik probleminin həllində regional əməkdaşlığı inkişaf etdirəcək",-diplomat deyib.
Qətnamə layihəsi Azərbaycan, Əlcəzair, Ermənistan, Bəhreyn, Belarus, Çin, Səudiyyə Ərəbistanı, Qətər, Küveyt, Qazaxıstan, Qırğızıstan, İran, İndoneziya, İordaniya, Mərakeş, BƏƏ, Oman, Pakistan da daxil olmaqla 30-dan çox üzv ölkə tərəfindən birgə dəstəklənib və qəbul olunub.
Qətnamədə qeyd edilir ki, Mərkəzi Asiyada Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq regionda narkotiklərin qanunsuz dövriyyəsi və narkomaniyaya qarşı mübarizə ilə sıx bağlıdır.
Sənəddə narkotik vasitələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə kompleks tədbirlərin görülməsi, strateji təşəbbüslərin və fəaliyyət planlarının hazırlanması tələb olunur.
Qətnamədə həmçinin narkotiklərlə bağlı problemlərin hərtərəfli həllində BMT, beynəlxalq maliyyə institutları və digər maraqlı tərəflərin Mərkəzi Asiya dövlətlərinə dəstəyinin genişləndirilməsinin vacibliyi vurğulanır.
Azərbaycanın “Aİ-95” markalı benzini idxal və ixrac etdiyi ölkələr – SİYAHI
Paşinyan niyə "qorxunc təhlükə" xəbərdarlığı etdi: Ermənistanda "müharibə partiyası"...
Azərbaycanın bəzi çaylarında sululuq artır: Sel təhlükəsi - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq - 500-1000 metrədək
Sosial şəbəkələrdə “1200 manatlıq” tələ – XƏBƏRDARLIQ EDİLDİ
FHN əhaliyə müraciət etdi - Yanğın təhlükəsizliyinə riayət edin!
Son günlər yayılan bu görüntülər hər kəsi narahat edir – Yollarda təhlükəli trend - VİDEO
Yağıntılar intensivləşəcək, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Qarşıdakı 6 günün havası ilə bağlı XƏBƏRDARLIQ
Bakıda 42 ünvanda hərəkət qismən məhdudlaşdırılacaq - SİYAHI
Muğanlı-İsmayıllı yolunda mühafizə zolağında sürüşmə olub - AAYDA - VİDEO










