“Azərbaycan və Ermənistan liderlərinin görüşü barədə danışmaq hələ tezdir” - Polad Bülbüloğlu

“Ermənistan tərəfi yanaşmalarında destruktivlik nümayiş etdirdiyi müddətdə Azərbaycan və Ermənistan liderlərinin görüşü barədə danışmaq hələ tezdir”.
Avtosfer.az “Qafqazinfo” -ya istinadən xəbər verir ki, bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Xarici İşlər naziri Ceyhun Bayramovun Rusiyaya rəsmi səfərinin nəticələrini TASS-a müsahibəsində şərh edərkən bildirib.
“Hörmətli prezidentimiz İlham Əliyevin qeyd etdiyi kimi, belə bir dəvət olmayıb. Məncə, bunun üçün hələ vəziyyət yetişməyib. Qarşı tərəf öz yanaşmalarında hələ də destruktiv mövqeyini nümayiş etdirdiyinə görə bu barədə danışmaq hələ tezdir”, - deyə Bülbüloğlu Bayramovun səfəri zamanı belə bir görüşün müzakirə edilib-edilmədiyi ilə bağlı suala cavab verərəkən bildirib.
“Əgər belə bir təşəbbüs göstərilsə, təbii ki, lazımi qaydada nəzərdən keçiriləcək, ictimaiyyətə məlumat veriləcək”, - deyə səfir qeyd edib.
O bildirib ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına sadiq qalır və bunu Ceyhun Bayramov da təsdiq edib:
“Bu səfərin əsas məqsədi Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Dağlıq Qarabağdakı hazırkı vəziyyət, Ermənistanı sülhə məcbur etməklə bağlı məsləhətləşmələr aparmaq, eləcə də Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəsə dair əvvəl əldə edilmiş razılaşmaların icrası, dayanıqlı və tam nizamlanma üçün şərait yaradılması ilə bağlı məsələləri müzakirə etməkdir. Görüşdə Ceyhun Bayramov bir daha Azərbaycanın münaqişənin sülh yolu ilə nizamlanmasına və 10 oktyabrda qəbul edilmiş bəyanata sadiqliyini təsdiqləyib”.
ŞƏT-lə dialoq tərəfdaşı rolunda əməkdaşlıq Azərbaycana nə vəd edir? - DEPUTAT
Yeni tədris ilində tıxac əvvəlki illərdən daha çox artacaq - MÜTƏXƏSSİS
İşıq dirəkləri olan küçə qaranlığa qərq olub: Sürücülər və piyadalar təhlükədədir - VİDEO
Taksidə kondisionerə görə əlavə pul tələb edilə bilər? – AÇIQLAMA – VİDEO
Azərbaycanın hava məkanı Ermənistanı geridə qoydu – Ekspert rəqəmləri AÇIQLADI
Əliyevlə Paşinyanın görüşündən kadrarxası görüntülər - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Bişkekdə Azərbaycan və Belarus prezidentlərinin görüşü olub - FOTO
İlham Əliyev və Mehriban Əliyeva Bişkekdə 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak edirlər - FOTO - YENİLƏNİB
Bişkekdə Azərbaycan və İran prezidentlərinin görüşü keçirilib
İctimai nəqliyyatda davranış qaydalarını pozmaq cərimə ilə nəticələnə bilər - AÇIQLAMA










