Azərbaycan və İran müdafiə nazirləri arasında görüş keçirilib

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov bu gün Tehranda iranlı həmkarı Hüseyn Dehqanla görüşüb. APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, Z.Həsənovun şərəfinə rəsmi qəbul mərasimi keçirilib. Azərbaycanın müdafiə naziri İran-İraq müharibəsində şəhid düşənlərin məzarını ziyarət etdikdən sonra İran Müdafiə Nazirliyində Azərbaycan və İran müdafiə nazirləri arasında danışıqların ilk mərhələsi keçirilib. Görüşdə ikitərəfli hərbi əməkdaşlıq, eləcə də siyasi, hərbi və regional təhlükəsizlik məsələləri əsas müzakirə mövzusu olub. H.Dehqan İran və Azərbaycanın ortaq mədəni və dini dəyərlərə sahib olduğunu bildirib: “Xalqlarımız arasında dostluq və qardaşlıq münasibətləri uzun müddətdir davam edir. İki ölkə arasında siyasi, iqtisadi, mədəni, təhlükəsizlik və müdafiə sahəsi də daxil olmaqla bütün sahələrdə əlaqələrin inkişafı üçün böyük potensial var. İranla Azərbaycan da öz potensiallarından qarşılıqlı əməkdaşlıq məqsədilə istifadə edə bilər”. İranın müdafiə naziri həmçinin hər iki ölkəni maraqlandıran mühüm regional və qlobal məsələlərə də toxunub: “İran hökumətinin xarici siyasətinin əsas prioritetlərindən biri qonşu ölkələrlə ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsidir. İranın xarici siyasətində Azərbaycan Respublikasının xüsusi yeri var”. H.Dehqan İran Müdafiə Nazirliyinin Azərbaycanın müdafiə sahəsi üzrə ehtiyaclarını da təmin etməyə hazır olduğunu bildirib: “Bu səfərin iki ölkə arasında müdafiə və hərbi sahədə əlaqələrin daha da inkişafına təsir göstərəcəyinə ümid edirəm”. İranın müdafiə naziri hər iki ölkənin sərhədlərini dostluq və qardaşlıq sərhədləri adlandırıb, regiondakı terrorizm və radikalizmdən danışıb. Z.Həsənov isə öz növbəsində İrana səfərindən məmnun qaldığını deyərək, H.Dehqanı bu ölkənin müdafiə naziri postuna təyin edilməsi münasibətilə təbrik edib: “Bu səfərin iki ölkə arasında müdafiə sahəsində əlaqələrin inkişafına gətirib çıxaracağına ümid edirəm. İran bölgədə böyük bir ölkədir, Azərbaycanın qonşusu və dostudur və bu dövlətlə əməkdaşlıq ölkəmizin xarici siyasətinin prioritetlərindən hesab olunur. Hər iki ölkə arasında əlaqələr mərhum prezident Heydər Əliyev tərəfindən qurulub. Son illərdə yaxşı də inkişaf edib və indi də yeni mərhələyə qədəm qoyub. Bu il iki ölkə arasında əlaqələrin onuncu ildönümüdür”. Azərbaycanın müdafiə naziri həmçinin İranın dincməqsədli nüvə fəaliyyətini dəstəklədiklərini vurğulayaraq, rəsmi Tehranla dünya ictimaiyyəti arasında nüvə razılaşmasının əldə olunmasına görə qonşu ölkəni təbrik edib: “Biz İranla dünya ictimaiyyəti arasında birgə fəaliyyətin yekun razılaşmanın əldə olunmasına gətirib çıxaracağına inanırıq”. Qeyd edək ki, Z.Həsənov İranın müdafiə və silahlı qüvvələrə dəstək naziri, general-mayor Hüseyn Dehqanın dəvəti ilə qonşu ölkədə səfərdədir. Aprelin 15-də Azərbaycanın müdafiə naziri İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-polkovnik Seyid Həsən Firuzabadi ilə görüşəcək. Eyni zamanda Azərbaycanın müdafiə nazirinin İranın siyasi rəhbərliyi ilə görüşlərinin keçirilməsi planlaşdırılır. Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov bu gün Tehranda iranlı həmkarı Hüseyn Dehqanla görüşüb. APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, Z.Həsənovun şərəfinə rəsmi qəbul mərasimi keçirilib. Azərbaycanın müdafiə naziri İran-İraq müharibəsində şəhid düşənlərin məzarını ziyarət etdikdən sonra İran Müdafiə Nazirliyində Azərbaycan və İran müdafiə nazirləri arasında danışıqların ilk mərhələsi keçirilib. Görüşdə ikitərəfli hərbi əməkdaşlıq, eləcə də siyasi, hərbi və regional təhlükəsizlik məsələləri əsas müzakirə mövzusu olub. H.Dehqan İran və Azərbaycanın ortaq mədəni və dini dəyərlərə sahib olduğunu bildirib: “Xalqlarımız arasında dostluq və qardaşlıq münasibətləri uzun müddətdir davam edir. İki ölkə arasında siyasi, iqtisadi, mədəni, təhlükəsizlik və müdafiə sahəsi də daxil olmaqla bütün sahələrdə əlaqələrin inkişafı üçün böyük potensial var. İranla Azərbaycan da öz potensiallarından qarşılıqlı əməkdaşlıq məqsədilə istifadə edə bilər”. İranın müdafiə naziri həmçinin hər iki ölkəni maraqlandıran mühüm regional və qlobal məsələlərə də toxunub: “İran hökumətinin xarici siyasətinin əsas prioritetlərindən biri qonşu ölkələrlə ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsidir. İranın xarici siyasətində Azərbaycan Respublikasının xüsusi yeri var”. H.Dehqan İran Müdafiə Nazirliyinin Azərbaycanın müdafiə sahəsi üzrə ehtiyaclarını da təmin etməyə hazır olduğunu bildirib: “Bu səfərin iki ölkə arasında müdafiə və hərbi sahədə əlaqələrin daha da inkişafına təsir göstərəcəyinə ümid edirəm”. İranın müdafiə naziri hər iki ölkənin sərhədlərini dostluq və qardaşlıq sərhədləri adlandırıb, regiondakı terrorizm və radikalizmdən danışıb. Z.Həsənov isə öz növbəsində İrana səfərindən məmnun qaldığını deyərək, H.Dehqanı bu ölkənin müdafiə naziri postuna təyin edilməsi münasibətilə təbrik edib: “Bu səfərin iki ölkə arasında müdafiə sahəsində əlaqələrin inkişafına gətirib çıxaracağına ümid edirəm. İran bölgədə böyük bir ölkədir, Azərbaycanın qonşusu və dostudur və bu dövlətlə əməkdaşlıq ölkəmizin xarici siyasətinin prioritetlərindən hesab olunur. Hər iki ölkə arasında əlaqələr mərhum prezident Heydər Əliyev tərəfindən qurulub. Son illərdə yaxşı də inkişaf edib və indi də yeni mərhələyə qədəm qoyub. Bu il iki ölkə arasında əlaqələrin onuncu ildönümüdür”. Azərbaycanın müdafiə naziri həmçinin İranın dincməqsədli nüvə fəaliyyətini dəstəklədiklərini vurğulayaraq, rəsmi Tehranla dünya ictimaiyyəti arasında nüvə razılaşmasının əldə olunmasına görə qonşu ölkəni təbrik edib: “Biz İranla dünya ictimaiyyəti arasında birgə fəaliyyətin yekun razılaşmanın əldə olunmasına gətirib çıxaracağına inanırıq”. Qeyd edək ki, Z.Həsənov İranın müdafiə və silahlı qüvvələrə dəstək naziri, general-mayor Hüseyn Dehqanın dəvəti ilə qonşu ölkədə səfərdədir. Aprelin 15-də Azərbaycanın müdafiə naziri İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-polkovnik Seyid Həsən Firuzabadi ilə görüşəcək. Eyni zamanda Azərbaycanın müdafiə nazirinin İranın siyasi rəhbərliyi ilə görüşlərinin keçirilməsi planlaşdırılır.
Bu şəxslər məsuliyyətə cəlb oluna bilər – 400 manat ...
Elektromobillərin batareya dillemması... - 7 milyon tonluq saatlı bomba
Bu ərazilərə yalnız avtobusların giriş-çıxışına icazə veriləcək - Tıxac probleminin qarşısı ...
Şimal-Qərb bölgəsində QATI DUMAN: Göz-gözü görmür – VİDEO
Təcrübəli mexanik heç bir pul qarşılığında almayacağı üç avtomobili açıqladı
Avtomobildə siqaret çəkənlərin DİQQƏTİNƏ! - İnzibati məsuliyyət yarana bilər
Qışda Çin istehsalı olan avtomobillərdə nələrə diqqət yetirilməlidir? - VİDEO
Yollarda görünüş məsafəsi məhdudlaşacaq - 1000 metrədək
Metroda yeni gediş haqqı – NECƏ ÖDƏNƏCƏK?
Xaricdən avtomobil alanların buraxdığı əsas səhvlər - Ən çox harada yanılırıq? - ARAŞDIRMA
"BakıKart" ləğv olunur? - AÇIQLAMA











