Azərbaycan və Rusiya arasındakı müttəfiqlik sazişinin üzərindən xətt çəkilib - Politoloq

Azərbaycan və Rusiya arasındakı müttəfiqlik sazişinin üzərindən Rusiyanın güc strukturları xətt çəkib.
Avtosfer.az xəbər verir ki, bu sözləri “Report”a açıqlamasında politoloq Fikrət Sadıqov deyib.
O bildirib ki, Rusiyada baş vermiş son hadisələr iki tərəfli münasibətlərə xələl gətirib:
“Azərbaycan və Rusiya arasında bir sıra sazişlər, eləcə də müttəfiqlik haqqında saziş imzalanıb. Bu sazişlərdən sonra azərbaycanlıların Rusiyada təzyiqə məruz qalmasını başa düşmək olmur. Sözügedən sazişlərə Rusiyanın güc strukturları tərəfindən xətt çəkilir. Belə bir hərəkəti onlar özbaşlarına edə bilməz. Güman ki, bununla bağlı müəyyən tapşırıqlar alıblar. Bu tapşırıqları verənlər də yuxarı mərtəbələrdə əyləşiblər. Bu iki ölkə arasında olan münasibətlərə zərbədir. Ola bilsin ki, Azərbaycanın müstəqil siyasəti onları qıcıqlandırır. Bu, reallıqdır, onlar bu reallığı qəbul etməli, baş verən hadisələrə görə üzr istəməli və izahat verməlidirlər”.
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb











