Azərbaycana gətirilən maşınların sayı durmadan azalır

Son iki ayda Azərbaycana avtomobil idxalı 35-40 faiz azalıb. Bunu Trend-ə Dövlət Gömrük Komitəsinin Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin rəisi, general-mayor Mirqasım Vahabov deyib. Ölkəyə avtomobil idxalının azalması Azərbaycanın tətbiqinə cari ilin aprel ayının 1-dən başlanılan Avro-4 standartına keçidi ilə izah edilir. Qeyd edilən ekoloji standarta cavab verməyən avtomobillərin Azərbaycana idxalı qadağan edilib. Onun sözlərinə görə, avtomobil idxalının kəskin aşağı düşməsinin dövlət büdcəsinə daxilolmalara xeyli təsir edəcəyini demək olmaz: "Yığımlar təkcə bu kateqoriyadan olan mallar hesabına təmin edilmir. İl ərzində idxal strukturu dəyişə bilər və bu, baş verir. Bir kateqoriyada azalma isə idxal edilən digər mallar hesabına kompensasiya ediləcək".
M.Vahabov qeyd edib ki, digər amilləri də nəzərə almaq lazımdır: "Amillərdən biri ölkəyə daha bahalı avtomobillərin idxalına başlanılmasıdır. Avro-4 standartlı nəqliyyat vasitələri apreldən idxalı qadağan edilmiş köhnə avtomobillərdən daha bahalıdır. Bununla da bu avtomobillər üzrə gömrük yığımlarının azalması ƏDV üzrə yığımların artması ilə kompensasiya edilir».
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO












