Azərbaycana məğlub olan Ermənistanın yeganə əlacı özü kimi faşistlərdən yapışmaqdır - Deputat

Bundestaqda təmsil olunan AfD partiyasının üç təmsilçisinin Dağlıq Qarabağ ərazilərinə qanunsuz səfər etməsi gözlənilən idi. Çünki ideologiyası eyni olan siyasi qüvvələr bir-birinə dəstək verməlidir. Afd-nin siyasi ideologiyası Ermənistanın faşizm siyasəti ilə üst-üstə düşür.
Avtosfer.az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Azər Badamov deyib.
Deputat bildirib ki, Yerevanda faşist Qarigen Nijdeyə ucaldılmış abidə də erməni faşizminin iç üzünü dünyaya açıb göstərib:
“Döyüş meydanında Azərbaycanın müzəffər ordusuna məğlub olmuş erməni faşistlərin beynəlxalq arenada da bütün cəhdləri boşa çıxıb və çarəsiz qalaraq özlərinə uyğun faşistlərdən yapışmaqdan başqa əlacları qalmayıb.
AfD-nin deputatlarının Dağlıq Qarabağa səfər etməsi heç də Almaniyanın Azərbaycana münasibətini əks etdirmir. Almaniyanın dövlət rəsmiləri Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və münaqişəni ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunmasını ifadə edib. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin apardığı diplomatik beynəlxalq siyasəti sayəsində biz dünyaya öz haqq səsimizi çatdıra bilmişik.
Qoy ermənilər faşistlərlə dostluğunu möhkəmlətdirməkdə olsunlar, biz də ölkəmizin ərazi bütövlüyünü tezliklə təmin etmək uğrunda işimizi başa çatdıraq. Onsuzda müharibə başa çatandan sonra dünya dəyişəcək. Dünyanın lider ölkələrinin Azərbaycana baxışları dəyişəcək. Azərbaycan qalib və güclü ölkə kimi regionda yeni mənzərə formalaşdıracaq. Faşistlərin baxışları və istəkləri isə ürəklərində qalıb çürüyəcək”.
Ermənilərin Qafqaz Albaniyası ilə heç bir əlaqəsi olmayıb – TARİXÇİ - VİDEO
Sürücülərin NƏZƏRİNƏ! - Bu yollarda tıxac var - FOTO
Gələn il maaş və pensiyalar artırılacaq? - İQTİSADÇI
Avtobusların Bakı-Sumqayıt yoluna çıxışı 1 kilometr qısaldı: AYNA-dan yeni həll - VİDEO
Bakıda tıxacın iqtisadi zərəri hesablanacaq? – TƏKLİF
Böyükşor gölündə qəribə görüntü; suyun rəngi dəyişdi - VİDEO
Ceyhun Bayramov Ararat Mirzoyanla görüşüb - FOTO
Sumqayıtın mərkəzindəki parkda yaranan natəmizlik narazılıq yaradır - VİDEO
Nazirlər Kabinetində 2027-ci ilin dövlət büdcəsi müzakirə edildi
Hazırda bu yollarda tıxac var - SİYAHI - FOTO
Əhalinin gəlirləri artıb; bəs alıcılıq qabiliyyəti? - İQTİSADÇI












