Azərbaycana qaçaqmalçılıqla milyonlar dəyərində “Red Bull” gətirildi — Araşdırmalar başlanıldı

Biləsuvar Gömrük-Keçid Postundan “Red Bull” adlı enerji içkisi daşıyan 120-yə yaxın TIR ölkə ərazisinə tranzit daxil olsa da, ancaq “Qırmızı Körpü” gömrük-sərhəd buraxılış məntəqəsindən boş şəkildə çıxış ediblər.
Avtosfer.az xəbər verir ki,hər bir TIR-da daşınan enerji içkisinin təqribi qiyməti 800 min manat təşkil edib. Yükün ümumi dəyəri isə 96 milyon manat olub.
Nəticədə Azərbaycan bazarına gömrüyə bəyan olunmamış 96 milyonluq “Red Bull” içkisi tədarük olunub. Sözügedən malı ölkəyə gətirən sahibkarın kimliyi isə Dövlət Gömrük Komitəsi tərəfindən hələlik ictimaiyyətə açıqlanmır.
Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən demokrat.az-ın informasiya sorğusuna cavab olaraq fakt təsdiqlənib:
“Sorğunuzda göstərilən giriş istiqaməti üzrə 2024-cü ilin 6 ayı ərzində cəmi bir fakt üzrə “RED BULL” markalı energetik içkinin tranzit olaraq daşınması faktı aşkar edilib. Lakin Dövlət Gömrük Komitəsi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində digər istiqamətlər üzrə sorğuda göstərilən sayda deyil, bir neçə “RED BULL” markalı energetik içkilərin tranzit daşınması zamanı hüquqpozma faktları aşkarlanıb, müvafiq araşdırmalar aparılır.
Nəzərə alınmalıdır ki, gömrük orqanları aşkar edilən hüquqpozma faktlarına dair müvafiq araşdırmalar apardıqdan sonra ictimaiyyəti mütəmadi olaraq bu barədə məlumatlandırır”.
Mənbə: demokrat.az
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












