Azərbaycana qarşı genişmiqyaslı kibermüharibəni kim elan edib? - ARAŞDIRMA - VİDEO

Fevralın 20-si günün birinci yarısında "Global Media Group"a daxil olan onlayn resurslara kütləvi haker hücumu həyata keçirilib və nəticədə Report.Az, Oxu.Az, Media.Az, Baku.ws və Baku TV kimi saytların fəaliyyətində fasilələr yaranıb. Saytların serverlərini və idarəetmə panellərini sındırmaq cəhdləri olub. Caliber.Az da istisna deyildi.
Avtosfer.az xəbər verir ki, bu barədə "Caliber"in "YouTube" kanalında yayımlanan yeni süjetində bildirilir.
"Elə ilk dəqiqələrdən müvafiq mütəxəssislərə məlum oldu ki, onlar klassik "DDoS" hücumu ilə deyil, məqsədyönlü şəkildə serverləri ələ keçirmək cəhdi ilə üzləşiblər. Bu cür əməliyyatlar həvəskar hakerlərin və ya "haktivistlərin" imkanlarından çox kənara çıxır və yüksəkixtisaslı kibermütəxəssislərin, ehtimal ki, hətta müəyyən bir ölkənin kəşfiyyat xidmətlərinin əməkdaşlarının da işinə işarə edir. Burada iki sual yaranır: məhz hansı ölkə və bu nə üçün lazım idi?
Gəlin bunu anlamağa çalışaq.
Hakerlərin hücum etdikləri bəzi internet resurslarının əsas səhifələrində yerləşdirdikləri dini mövzulu görüntülərə nəzər salsaq, ağlımıza gələn ilk fikir bütün bunların arxasında Cənubdakı qonşumuz İranın dayanmasıdır. Ancaq burada bir neçə əhəmiyyətli ziddiyyətlər var. Əvvəla, bu, məhz indi İrana niyə lazımdır? Məhz İran İslami Məşvərət Şurasının sədri, ali rəhbər Əli Xameneiyə yaxın şəxslərdən sayılan Məhəmməd Baqir Qalibafın başçılıq etdiyi nümayəndə heyətinin Bakıda olduğu həmin gün - təsadüfi deyil ki, o, uzun illər Tehrana rəhbərlik edib, sonra isə İran Məclisinin sədri vəzifəsində Əli Laricanini əvəz edib. Qalibaf Bakıda Prezident İlham Əliyev tərəfindən qəbul edilib. Görüşdə iranlı qonaq ölkəsinin regionda sabitlik və təhlükəsizliyin təmin edilməsində Azərbaycanla ortaq maraqlara malik olduğunu qeyd edib", - deyə material qeyd olunub.
Daha ətraflı süjetdə:
Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA










