Azərbaycana sərnişin daşıyan iranlıdan 5 kq narkotik götürüldü - FOTO

Azərbaycanda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan İran vətəndaşı tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan İran İslam Respublikasının vətəndaşı Jamal Eltefat saxlanılıb. Ondan 5 kiloqram 230 qram narkotik vasitə olan tiryək aşkar edilərək götürülüb.
Müəyyən edilib ki, J.Eltefat özünə məxsus “Reno” markalı avtobusla İrandan Azərbaycana sərnişin və yük daşımaqla məşğul olur. O, istintaqa məlum olmayan İran İslan Respublikasındakı mənbədən satış məqsədi ilə külli miqdarda tiryəki əldə edərək avtobusun gizli saxlanc yerində gömrük buraxılış məntəqəsindən keçirərək Biləsuvar rayonu ərazisinə gətirib. Burada isə J. Eltefat narkotik vasitə olan tiryəki satmaq istəyərkən polis əməkdaşları tərəfindən tutulub.
Faktla bağlı Azərbaycan Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanıb. Narkotik vasitələrin qanunsuz alqı-satqısına aidiyyəti olan digər şəxslərin də müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Fidan
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar















