Azərbaycana yeni təcili tibbi yardım MAŞINLARI GƏTİRİLƏCƏK – 13,7 milyon manat ayrıldı

Azərbaycana yeni təcili tibbi yardım maşınları gətiriləcək.
Avtosfer.az xəbər verir ki, bu barədə “trend.az” dövlət satınalmalarının vahid internet portalından məlumat əldə edib.
Qeyd olunub ki, ölkəyə gətiriləcək 30 ədəd təcili tibbi yardım nəqliyyat vasitələri şərtlər toplusuna uyğun olaraq müasir tibbi avadanlıqla təchiz olunmalıdır.
Onlardan 10 ədədi müasir tibbi avadanlıqla təchiz olunması ilə yanaşı, ürək masaj cihazına da malik olmalıdır.
Bundan başqa, sözügedən nəqliyyat vasitələrindən 5 ədədi xüsusi yolsuzluq ərazi üçün (4x4), 2 ədədi qutu tipli (boks tipli reanimobil), “Medical Dron”lu, daha 2 ədədi portativ diaqnostik cihazlarla təchiz olunmuş, 3 ədədi isə perinatal küvəzlə təchiz olunmalıdır.
Məlumata görə, artıq bununla bağlı Naxçıvan Muxtar Respublikası Təcili Tibbi Yardım Xidməti Publik Hüquqi Şəxsi hazırlıq işlərini yekunlaşdırıb.
Xidmət sözügedən işlərinn icrasını “Abşeron Avtomobil Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və onunla dəyəri 13.789.620,03 AZN (13 milyon 789 min 620 manat 3 qəpik) olan müqavilə bağlayıb.
Qeyd edək ki, “Abşeron Avtomobil Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti 2016-cı ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 90.09 manat olan MMC-nin qanuni təmsilçisi Hüseynov Kamran Nazim oğludur.
İlham Əliyevin Vyetnama rəsmi səfəri ilə bağlı VİDEOÇARX - VİDEO
İndiyədək neçə avtomobil utilizasiyaya verilib? - AÇIQLAMA
İlham Əliyev Vyetnama rəsmi səfərə gedib - FOTO
Azərbaycanda 21 yeni peşə məktəbi hansı ərazilərdə tikiləcək? – AÇIQLAMA
Bakıda avtobuslar üçün yeni svetofor sistemi: Nə dəyişəcək? – AÇIQLAMA
Rayon yollarında təhlükə yaradan 3 əsas amil hansılardır? – MÜTƏXƏSSİS
Bu yollarda tıxac var - SİYAHI
Orta Dəhlizin inkişafı Azərbaycanın tranzit imkanlarını necə dəyişəcək? – AÇIQLAMA
Ölkənin nəqliyyat sistemi növbəti yağışlara necə hazırlaşmalıdır? - AÇIQLAMA
Gürcüstanda avtomobil rüsumları artırılır: Azərbaycan bazarına təsiri necə olacaq? - AÇIQLAMA
Təcili yardımın arxası ilə gedən sürücülərə DİN-dən XƏBƏRDARLIQ - VİDEO












