Azərbaycanda 230 min manata gəmi satışa çıxarılır

2026-cı il fevralın 24-də müxtəlif dövlət qurumlarının balansında olan nəqliyyat vasitələri hərraca çıxarılacaq. Satışa çıxarılan nəqliyyat vasitələri arasında minik avtomobilləri, yük avtomobilləri və bir ədəd gəmi yer alır. Avtosfer.az xəbər verir ki, hərracda ən yüksək qiymətə təklif olunan nəqliyyat vasitəsi Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin balansında olan və 1969-cu ildə istehsal edilmiş “Point Brower D” markalı gəmi olacaq. Gəminin start qiyməti 230 000 manat, beh məbləği isə 23 000 manat təşkil edir. Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinin balansında olan 2007-ci il istehsalı “HYUNDAI SONATA” minik avtomobili 5 500 manat start qiyməti ilə satışa çıxarılır. Elm və Təhsil Nazirliyinin Ağdam Dövlət Sosial-İqtisad Kollecinə məxsus 1987-ci il buraxılışlı “QAZ SAZ-3507” yük avtomobili 3 000 manata, 1998-ci il istehsalı “VAZ 2106” minik avtomobili isə 2 200 manata təklif olunacaq. Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinə tabe olan Avtomobil Təsərrüfatının balansında olan nəqliyyat vasitələri sırasında 2011-ci il istehsalı “NISSAN SUNNY” avtomobili 32 000 manat start qiyməti ilə yer alır. Eyni quruma məxsus digər nəqliyyat vasitələri - “HYUNDAI TUCSON” (2007), “FIAT DOBLO” (2014), “BMW 328I” (2014) və “BMW 520” (2005) də satışda olacaq. Həmin avtomobillərin start qiymətləri ayrıca qeyd olunmayıb, lakin hərraca bir partiya üzrə təqdim ediləcək. Azərbaycan Respublikasının Milli Məclisinin İşlər İdarəsinin balansında olan iki nəqliyyat vasitəsi də hərracda iştirak edəcək. Bunlardan biri 2008-ci il buraxılışlı “NISSAN ALTIMA” minik avtomobili 4 000 manata, digəri isə 2013-cü il istehsalı “FORD TRANSIT” yük avtomobili 10 800 manata satışa çıxarılacaq.
Şəhərin mərkəzinə maşınla gedənlərin NƏZƏRİNƏ: Bu tarixədək...
Bakının bu küçəsi Formula 1 həftəsində açıq olacaq
Antiterror əməliyyatlarında DİN-in real döyüş KADRLARI - VİDEO
Anar Ələkbərov şəhid anaları ilə görüşüb - FOTO
Azərbaycanın dəmiryol sistemində yenilik; yükdaşımalar 2 dəfə artırılacaq - VİDEO
Metroda gedişhaqqı artırılır? – Ekspertdən AÇIQLAMA
Bu ərazidə tikinti bitənədək piyadalar necə hərəkət etməlidir? – TƏKLİF
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Coratda bir neçə çala asfaltla dolduruldu; sakinlər narazıdır - FOTO
“Bolt” Bakıda keçirilən biznes platformasına tərəfdaşlıq edir – AÇIQLAMA - VİDEO
Sərnişinlərə qatarla alternativ yollar təklif edildi - FOTO












