Azərbaycanda avtobusda bıçaqlanma

Bakı-Gəncə avtobusunda bıçaqlanma hadisəsi baş verib. Bakıdan Gəncəyə gedən “Mercedes” markalı sənişin avtobusunda Gəncə şəhər sakini, 1977-ci il təvəllüdlü Akşin Cəmşid oğlu Cəbrayılovla avtobusun digər sərnişini, Bakı şəhər sakini, 1971-ci il təvəllüdlü Qüdrət Səfa oğlu Mövsümov arasında Kürdəmir rayonu ərazisində mübahisə yaranıb. Mübahisə nəticəsində Akşin Cəbrayılov üzərində gəzdirdiyi bıçaqla Qüdrət Mövsümova bir neçə bıçaq xəsarəti yetirib. Q.Mövsümov Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin müdaxiləsindən sonra zərərçəkənin həyatını xilas etmək mümkün olub. Hadisə yerindən qaçan Akşin Cəbrayılov isə Kürdəmir Rayon Polis Şöbəsində yaradılmış əməliyyat-axtarış qrupu tərəfindən gecə saatlarında rayon ərazisində saxlanılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 126-cı maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.
Qeyd edək ki, A.Cəbrayılov əvvəllər də quldurluğa görə məhbus həyatı yaşayıb.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












