Azərbaycanda avtomobillər ekoloji müayinədən keçirildi

Azərbaycanda avtomobillər “Təmiz hava” aylığı çərçivəsində ekoloji müayinədən keçirilib. Avtosfer.az xəbər verir ki, bu barədə oxu.az-a Dövlət Neft Şirkətindən (SOCAR) bildirilib.
Şirkətin məlumatına görə, əvvəlki illərdə “Təmiz hava” aylığı çərçivəsində yalnız Bakı şəhəri ərazisində yerləşən qarajlardakı avtonəqliyyat vasitələri müayinədən keçirilmişdisə, bu il dənizdə istismar olunan nəqliyyat vasitələrinin də Ekoloji Ölçmə Mərkəzi tərəfindən müayinədən keçirilməsi qərara alınıb.
Bunun üçün Mərkəzin əməkdaşları avqustun 19-dan üç gün müddətinə Çilov adasına ezam edilib, SOCAR-ın Nəqliyyat İdarəsinin 5 saylı Texnoloji Nəqliyyat Departamentində istismar olunan avtomobillər və xüsusi texnika müasir qazanalizator cihazları vasitəsilə respublikamızda qüvvədə olan standartlara uyğun müayinədən keçirilib.
Müayinələrin nəticəsi qənaətbəxş olub. Ekspertlərin rəyinə əsasən, uğurun başlıca səbəbi SOCAR-ın həyata keçirdiyi ekoloji proqram çərçivəsində istismarda olan avtomobillərdən atılan zərərli qazların miqdarına mütəmadi nəzarət edilməsi və mühərriklərin yanacaq sistemlərinin daim saz vəziyyətdə saxlanılmasıdır.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












