Azərbaycanda baş verən ağır qəzada yaralanan 23 nəfərin SON DURUMU

TƏBİB Masallıda baş verən dəhşətli qəzada yaralananların son durumunu açıqlayıb.
Qurumdan Avtosfer.az-a verilən məlumata görə, Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Masallı rayonunun Əhmədli kəndindən keçən hissəsində qeydə alınan hadisə zamanı yaralananlardan 10 nəfərin Masallı Rayon Mərkəzi Xəstəxanasında, 3 nəfərin isə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında müalicələri davam etdirilir.
Masallı Rayon Mərkəzi Xəstəxanasında müalicə alan vətəndaşlardan 3 nəfərin vəziyyəti orta-ağır, 3 nəfərin vəziyyəti ağır, 4 nəfərin vəziyyəti isə stabil olaraq qiymətləndirilir.
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında müalicəsi davam edən hər 3 nəfərin vəziyyəti isə orta ağır olaraq dəyərləndirilir.
Xəsarət alaraq stasionar müalicə üçün hər iki xəstəxanaya yerləşdirilmiş 23 nəfərdən 7-nə ilkin yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb. 3 nəfər yaralı isə vəziyyətlərinə uyğun olaraq Bakıda yerləşən ixtisaslaşmış tibb müəssisələrinə təxliyyə olunub, vəziyyətləri orta-ağırdır
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO











