Azərbaycanda birinci texniki dərəcəli yolların uzunluğu 2200 kilometrə yaxındır

Azad olunmuş ərazilərdə ümumi uzunluğu 3382,6 kilometr olan 44 adda avtomobil yolunun və bir hava limanının tikintisi layihələri icra edilir.
Avtosfer.az xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Süni qurğuların istismarı və təmiri şöbəsinin rəisi Asim Məmmədli “Nəqliyyat İnfrastrukturunun inkişafına dair sual və təkliflərin müzakirəsi” mövzusunda keçirilən “Milli Biznesin İnkişafı Forumunun ilk sessiyası”nda bildirib.
Onun sözlərinə görə, bu yolların 1076,1 kilometri respublika, 2306,5 kilometri isə yerli əhəmiyyətli avtomobil yollarıdır.
“Həmin bu yerli əhəmiyyətli avtomobil yollarının 1247,6 kilometrini təşkil edən hissəsi hərbi əhəmiyyətli, dayaq nöqtələrinə aparan torpaq və çınqıl örtülü təminat və təxliyə avtomobil yollarıdır. Ölkə ərazisində ümumi istifadədə olan 19 574,5 kilometr uzunluğunda avtomobil yollarına xidmət göstərilir. Birinci texniki dərəcəli avtomobil yollarının uzunluğu 2189 kilometrə çatıb”, - deyə o qeyd edib.
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO











