Azərbaycanda bu məmurları cəza gözləyir

Hindistanda vəzifəli şəxslərin internetdən məzmunu silmək səlahiyyətləri məhdudlaşdırılıb. Azərbaycanda da zaman-zaman məmurların, vəzifəli şəxslərin xüsusilə mediada özləri barədə yayımlanan xəbərləri sildirmək cəhdləri məlumdur. Bu da ictimaiyyətin məlumat almaq hüququna təsir göstərir.
Ölkəmizdə məmurların mediaya bu cür müdaxiləsinə qadağa qoyula bilərmi?
Avtosfer.az-ın məlumatına görə, bu barədə "Globalinfo"ya danışan Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası”nın İcraiyyə Komitəsinin sədri, hüquqşünas Sahib Məmmədov deyib ki, xəbərləri təkcə məmurlar və vəzifəli şəxslər deyil, adi insanlar da sildirməyə cəhd edirlər:
Məsələn, bəzən kimsə media orqanına zəng edib məlumatın həqiqətə uyğun olmadığını bildirir, nəticədə xəbər silinir və ya təkzib verilir. Bununla yanaşı, burada korrupsiya elementləri də müşahidə olunur. Bəzi “sarı media” orqanları qarşı tərəfdən pul alaraq həmin xəbəri sildirmək üçün qəsdən müəyyən yazılar dərc edir. Bu, açıq-aşkar şantaj formasıdır və qanunsuzdur”.

Sahib Məmmədov
Hüquqşünas qeyd edib ki, mediaya bu cür müdaxilələrin qarşısını almaq mümkündür və bu, əsasən hüquqi mexanizmlərlə tənzimlənir:
“Belə halların qarşısını almaq üçün qanunvericilikdə kifayət qədər müddəalar mövcuddur. “Media haqqında” qanunda təkzib hüququ nəzərdə tutulub. Həmçinin Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində buna görə məsuliyyət müəyyən edilib. Əgər hər hansı şəxs şantaj yolu və ya başqa üsulla yazı dərc edib bundan maddi qazanc əldə edirsə, bu, cinayət məsuliyyətinə səbəb olur. Kiminsə ünvanına böhtan və ya təhqir xarakterli məlumat yazılırsa, Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri əsasında xüsusi ittiham qaydasında məhkəməyə müraciət edilə bilər. Bundan başqa, mülki qaydada da məhkəməyə iddia verərək təkzib tələb etmək və ya dəymiş zərərin əvəzinin ödənilməsini istəmək mümkündür. Bu hüquqların pozulması, o cümlədən məmurların və ya digərlərinin xəbər sildirməsi halları qanunvericiliklə məsuliyyətə səbəb olur. Yəni bu istiqamətdə qanunvericiliyimizdə hər şey mövcuddur və dəyişikliklərə ehtiyac yoxdur. Sadəcə olaraq, mövcud hüquqi mexanizmlər düzgün, ardıcıl şəkildə tətbiq edilməlidir”.
Qeyd edək ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 381-ci maddəsinə əsasən, kütləvi informasiya vasitələri məhsullarının qanunla müəyyən edilmiş qaydada yayılmasına mane olmağa görə fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












