Azərbaycanda bu nazirliklər ləğv edilə bilər

ReAL Partiyasının sədri, tanınmış iqtisadçı Natiq Cəfərli “AzPolitika”ya müsahibəsində Gömrük Komitəsi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) kimi qurumların ləğv edilməli olduğunu deyib. Sitat: “Gömrük Komitəsi ümumiyyətlə ayrıca qurum kimi ləğv edilməlidir. Çünki bu, ruslardan kopyalanmış bir modeldir. Nəyə lazımdır? Dünyanın çox az ölkəsində ayrıca gömrük orqanları var. Həmçinin Qida Təhlükəsizliyi Agentliyi kimi qurumlar bu sırada yer alır. Orada işləyən bacarıqlı insanlar isə biznes qursunlar, öz biliklərini sahibkarlığa yönəltsinlər. Əslində bu, həm onlar üçün, həm də ölkə iqtisadiyyatı üçün daha faydalı olar. Azərbaycanda iqtisadiyyatın önünü açmaq üçün çoxlu agentliklərin, idarələrin ləgv edilməsi və sadə, şəffaf qaydaların tətbiqi lazımdır”.
Azərbaycanda başqa hansı qurumlar ləğv oluna bilər?
Avtosfer.az-ın məlumatına görə, bu barədə "Globalinfo"ya danışan deputat Arzuxan Əlizadə deyib ki, bu kontekstdə dəfələrlə idarəetmə ilə bağlı təkliflər verilib:
“Nazirlər Kabinetinin strukturlarında dəyişikliklər edilməsi, yaxın sahələr üzrə qurumların birləşdirilməsi, yaxud ayrı strukturlar şəklində fəaliyyət göstərməsi məsələsini mütəxəssislər və hakimiyyətin müxtəlif qollarında təmsil olunan şəxslər zaman-zaman səsləndirib. Bu, dünya təcrübəsində qəbul edilmiş bir yanaşmadır və Azərbaycan Prezidentinin səlahiyyətinə daxildir, çünki icra qurumlarına rəhbərlik onun səlahiyyətindədir. Müxtəlif təkliflərdə Gömrük Komitəsi, Vergi Xidməti və Maliyyə Nazirliyinin bir strukturda birləşdirilməsi qeyd olunur. Bu, icra aparatının rasionallığı, işçilərin sayının azaldılması, büdcəyə qənaət və idarəetmədə daha çevik, habelə mütəhərrik sistemin yaradılması baxımından məqsədəuyğundur. Eyni zamanda, Elm və Təhsil Nazirliyi ilə Gənclər və İdman Nazirliyi kimi yaxın sahələrdə fəaliyyət göstərən qurumların birləşdirilməsi də müzakirə mövzusudur”.
Deputat qeyd edib ki, icra aparatlarının birləşdirilməsi qərarları ciddi araşdırmalar və mütəxəssis rəyləri əsasında verilməlidir:
“Belə struktur dəyişiklikləri, həm idarəetmə baxımından effektivliyi artırır, həm büdcə qənaətinə imkan verir, həm də qərarların icrası və nəzarət mexanizmini gücləndirir. Rasionallığı nəzərə alaraq və mütəxəssislərin rəylərini əsas götürərək bu cür idarəetmə metodunun tətbiqini məqbul hesab edirik. Zaman-zaman müxtəlif nazirliklərin birləşdirilməsi və ya ayrı fəaliyyət göstərməsi ilə bağlı təkliflərimiz olub və belə struktur dəyişikliklərinin mümkünlüyünü istisna etmirik. Fikrimcə, gələcəkdə icra aparatının daha yığcam və səmərəli qurulması üçün belə dəyişikliklər edilə bilər”.
Xarici işlər nazirlərin üçtərəfli görüşü keçiriləcək
Qadınlar yol qəzalarında daha çox yaralanırlar - Gözlənilməz səbəb
Bakı-Tbilisi qatarı ilə Türkiyəyə gedə biləcəyik? - Yeni marşrutlar AÇIQLANDI
Bakı-Tbilisi qatarı Axalkalaki və Qarsa qədər hərəkət etmir - ADY rəsmisi
TRIPP layihəsi regionumuzdakı bütün ölkələrə fayda verəcək - Nikol Paşinyan
Zəngəzur dəhlizi ilə bağlı fəallıq artır: TRIPP həm də sülhün qarantıdır
Bu yaşdan sonra sürücülük vəsiqəsi verilməyəcək? - AÇIQLAMA
Bakı Dairəvi Yolunda təhlükəli vəziyyət - VİDEO
Putinin başı təkcə Ukraynadakı müharibəyə qarışmayıb - POLİTOLOQ
AAYDA-nın sədr müavinləri vəzifədən azad edildilər - SƏRƏNCAM
Sumqayıtda bu ərazilərdəki evlər söküləcək – RƏSMİ AÇIQLAMA










