Azərbaycanda bu şəxslər mənzillə təmin olunacaq

Azərbaycanda əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mənzil təminatının yaxşılaşdırılması üçün dövlət tərəfindən həyata keçirilən sosialyönümlü tədbirlər davam etdirilir. Avtosfer.az-ın "Trend"ə istinadən məlumatına görə, bu istiqamətdə həyata keçirilən növbəti belə tədbirlər çərçivəsində daha bir sıra rayonlarda əlilliyi müəyyən edilmiş şəxslərə və şəhid ailələrinə mənzillər veriləcək. Belə ki, bu kateqoriyaya aid olan şəxslər Salyan rayonunda 9 ədəd ikiotaqlı, 6 ədəd üçotaqlı, Neftçala rayonunda 20 ədəd üçotaqlı, Bərdə rayonunda 8 ədəd üçotaqlı, Tərtər rayonunda 4 ədəd üçotaqlı mənzillərlə təmin olunacaqlar. Məlumata əsasən, Artıq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi artıq bununla bağlı müvafiq işlərə başlayıb. Qurum mənzillərin satın alınmasına 4,417 milyon manat vəsaitin sərf olunacağını proqnozlaşdırıb.
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












