Azərbaycanda dəmir yolu əlaqəsinin modernləşdirilməsi üçün tövsiyələr hazırlanıb

Avropa İnvestisiya Bankı (EIB) Azərbaycanda dəmir yolu infrastrukturunun səmərəliliyini və təhlükəsizliyini artırmaq üçün konsultativ layihəni başa çatdırıb.
Avtosfer.az xəbər verir ki, bu barədə “Report”a bankdan məlumat verilib.
Bu istiqamətdə işlər "Şərq Tərəfdaşlığı" (EPIC) ölkələrində nəqliyyat əlaqəliliyinə investisiya üzrə Aİ Təşəbbüsü çərçivəsində aparılıb və 10 ay davam edib.
Layihənin nəticələrinə əsasən, EIB "Azərbaycan Dəmir Yolları" QSC-yə aşağıdakılara yönəlmiş bir sıra tövsiyələr təqdim edib: istismar təhlükəsizliyinin artırılması, səyahət vaxtının, əməliyyat xərclərinin və istixana qazı emissiyalarının azaldılması.
Bankın qeyd etdiyi kimi, xüsusi diqqət Bakı-Böyük Kəsik marşrutu üzrə dəmir yolu keçidlərində təhlükəsizlik səviyyəsinin artırılmasına yönəldilib. Sözügedən 503 kilometrlik marşrut paytaxtı və Bakı limanını Gürcüstanın dəmir yolu şəbəkəsi ilə birləşdirərək Qara dənizə çıxışı təmin edir. Bu marşrut Azərbaycanda TEN-T (Trans-Avropa Nəqliyyat Şəbəkələri) şəbəkəsinin bir hissəsidir və “Orta Dəhliz” boyunca yük daşımaları üçün mühüm əhəmiyyət kəsb edir.
Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və EIB-in JASPERS məsləhət proqramı tərəfindən idarə olunan EPIC təşəbbüsü nəqliyyat əlaqələrinin təkmilləşdirilməsi istiqamətində “Şərq Tərəfdaşlığı” ölkələrinə ödənişsiz texniki yardım təklif edir. Bu proqram Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) və Dünya Bankı ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir.
"Dəstək bütün nəqliyyat növlərini əhatə edir: dəmir yolu, avtomobil, dəniz, hava və multimodal. Diqqət mərkəzində darboğazların aradan qaldırılması, daşınma vaxtı və xərclərinin azaldılması, infrastrukturun iqlim dəyişikliklərinə uyğunlaşdırılması, ekoloji və sosial-iqtisadi nəticələrə nail olmaqdır", - bankdan bildirilib.
EIB – ittifaqa üzv dövlətlərə məxsus olan Avropa İttifaqının (Aİ) uzunmüddətli maliyyələşdirmə institutudur. O, infrastruktur, iqlim və innovasiyalar sahələri də daxil olmaqla, Aİ-nin siyasi məqsədlərinə uyğun investisiya layihələrini dəstəkləyir.
Bankın ixtisaslaşmış bölməsi – “EIB Global” dayanıqlı inkişaf və beynəlxalq əməkdaşlıqla məşğul olur. Onun prioritetlərinə "Avropa Yaşıl Kursu"nun, " Global Gateway" təşəbbüsünün həyata keçirilməsi, həmçinin inklüziv iqtisadi artımın və iş yerlərinin yaradılmasının dəstəklənməsi daxildir.
Azərbaycanda “EIB Global”ın diqqəti enerji mənbələrinin diversifikasiyasına və dəmir yolu dəhlizləri kimi strateji əhəmiyyətli infrastrukturların modernləşdirilməsinə də yönəlib.
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA
Bakıda kütləvi tədbirlər zamanı ictimai nəqliyyat necə təşkil olunmalıdır? – EKSPERT












