Azərbaycanda elektrik skuterlər qadağan ediləcək? - AÇIQLAMA

Çexiyanın paytaxtı Praqada 2026-cı ilin yanvar ayından etibarən elektrik skuterlərinin istifadəsi qadağan ediləcək. Qərarın əsas səbəbi kimi şəhərdaxili hərəkətdə yaranan təhlükəsizlik riskləri və piyadalar üçün narahatlıq göstərilib.
Bəs, Azərbaycanda da belə bir qadağanın tətbiqi məqsədəuyğundurmu?
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı Konkret.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev bildirib ki, Azərbaycanda belə bir qadağanın tətbiqi real görünmür:
“Skuterlərin bəziləri sürətli olur və bu da müəyyən risklər yaradır. Yəqin ki, Praqada da bu səbəbdən belə qərar qəbul edilib. Amma Azərbaycanda tam qadağanın tətbiqi inandırıcı deyil. Çünki bizdə bu nəqliyyat növünə yeni keçid mərhələsidir. Hazırda insanlar velosipedə nisbətən skuterə daha çox üstünlük verirlər. Onlar həm operativ, həm də rahat hərəkət vasitəsidir. Kiçik ölçülü olduğuna görə avtomobildə daşımaq da mümkündür.”
Ekspertin sözlərinə görə, skuter sürətinin yüksək olması və ölçülərinin kiçikliyi bəzi hallarda təhlükə yarada bilər, lakin bu problemin tam qadağa ilə deyil, tənzimlənmə və təhlükəsizlik qaydalarının gücləndirilməsi ilə həll edilməsi daha məqsədəuyğundur.
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












