Azərbaycanda ən az maaşı kim alır? - AÇIQLAMA

Azərbaycanda ən az əməkhaqqı alanlarla bağlı zaman-zaman fikirlər səsləndirilir. Bir çox peşə sahibləri də, onların ən az maaş aldığı qənaətindədir. Bu fikirlər isə müzakirələrə səbəb olur.
Bəs görəsən, bu gün dövlət büdcəsindən ən az maaş alanlar kimlərdir? Polisləri, müəllimləri, həkimləri bu siyahıya əlavə etmək olarmı?
Avtosfer.az xəbər verir ki, iqtisadçı ekspert Eldəniz Əmirov Lent.az-a açıqlamasında bildirib ki, polisləri heç vaxt az maaş alanlar kimi adlandırmaq doğru deyil:
"Dövlət büdcəsindən işçilərə ən az ayrılan maaş məbləği 400 manatdır. Vahid tarif cədvəlinə əsasən 19 dərəcə var. Bu cədvələ uyğun olaraq əməkhaqqı alanların birinci dərəcəsində büdcədən ən az maaş alan ixtisas sahibləri daxildir. Bu şəxslərə isə bir çox qurumlarda rast gəlmək olur. Lakin onu da qeyd etmək lazımdır ki, 400 manat maaş alanların böyük əksəriyyəti ali təhsili olmayan şəxslərdir. Yəni, həkim, müəllim, polis kimi peşə sahibləri bu kateqoriyaya daxil deyil. Ümumi sektor üzrə nəzər saldıqda, kənd təsərrüfatı və əhaliyə sosial xidmət göstərən istiqamətlərdə əməkhaqqları çox aşağıdır. Düzdür, vəzifələr üzrə onların içərisində də yüksək maaş alanlar var, amma ümumilikdə rəqəmlər aşağıdır".
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb












