Erməni terrorçu barədə qiyabi həbs qətimkan tədbiri seçildi - VİDEO

Azərbaycanda erməni terrorçu Geras Avetisyan barəsində həbs qətimkan tədbiri seçilib. “Report”un əldə etdiyi məlumata görə, istintaq orqanının təqdimatına Səbail Rayon Məhkəməsində baxılıb. Hakim Rəna Qafarovanın sədrlik etdiyi iclasda təqdimat təmin edilib.
G.Avetisyan barəsində seçilmiş həbs qətimkan tədbirinin icrasının təmini üçün onun barəsində beynəlxalq axtarış elan ediləcək.
Qeyd edək ki, G.Avetisyan Cinayət Məcəlləsinin 214.2.1-ci, 214.2.2-ci, 214.2.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə təkrar terrorçuluq), 228.3-cü (mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 279.2-ci (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupların tərkibində müəssisələrə, idarələrə, təşkilatlara və ya ayrı-ayrı şəxslərə basqın etmə), 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, yaxud zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə törədildikdə) maddələri ilə ittiham edilir.
Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO












