Azərbaycanda hamilə qadın maşında uşaq dünyaya gətirdi - FOTO

Şəmkirdə təcili tibbi yardım briqadası vəziyyəti pisləşən hamilə qadına kömək ediblər.
Avtosfer.az xəbər verir ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Şəmkir rayonu ərazisindən 18.03.2025-ci il tarixində saat 05:00 radələrində çağırış daxil olub. Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.
Belə ki, Gədəbəy sakini, 39 həftəlik hamilə olan qadın Şəmkirə çatmaq üzrə olarkən vəziyyəti pisləşib və təcili yardıma müraciət edib. Həyatla ölüm arasında keçən dəqiqələrdə təcili yardım briqadası maşında körpənin doğuş prosesini həyata keçirib. Daha sonra isə briqada tərəfindən doğuş prosesi təcili tibbi yardım avtomobilində nəzarətə götürülüb. Tibbi heyət tərəfindən zahı qadın və yenidoğulmuş uşaq (oğlan) müvafiq tibb müəssisəsinə təxliyə olunub. Xəstəxanada anaya və körpəsinə zəruri tibbi xidmətlər göstərilib. Ana və çəkisi 4 kq. 100 qr., boyu 52 sm. olan körpənin (oğlan cinsli) müalicələri tibb müəssisəsində davam etdirildikdən sonra evə buraxılıblar.
Vətəndaşın ailə üzvləri Şəmkir Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının heyətinə - həkim Sədibə Hacıyeva, feldşer Aynurə Hüseynova, sürücü Elman Dumanova göstərdikləri tibbi xidmətə görə təşəkkür ediblər.


Namiq Musayev
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI












