Azərbaycanda hansı məhsullar bahalaşıb? - FOTO

2020-ci ilin oktyabr ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,3 faiz təşkil edib.
Oxu.Az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, bu göstərici ötən ilin oktyabr ayına nisbətən isə 104,4 faiz olub. Yəni, bu məhsulların cari qiyməti ötən aya nisbətən 0,3 faiz, ötən ilin oktyabr ayına nisbətən isə 4,4 faiz bahalaşıb.
2020-ci ilin oktyabr ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma uzun düyünün, qarabaşaq yarmasının, makaronun, toyuq ətinin, xamanın, brınza pendirinin, günəbaxan yağının, portağalın, bananın, qozun, fındığın, xiyarın, pomidorun, bibərin, badımcanın, yerkökünün, çuğundurun, kartofun, soğanın, şəkər və şəkər tozunun, şokoladlı konfetlərin, ucuzlaşma isə əsasən təzə balığın, limonun, naringinin, almanın, armudun, heyvanın, narın, xurmanın, kivinin, kələmin, balqabağın, göy lobyanın, sarımsağın qiymətlərində müşahidə olunub.
Digər ərzaq məhsullarının qiymətlərində isə ciddi dəyişikliklər baş verməyib.
2020-ci ilin oktyabr ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,1 faiz, əvvəlki ilin oktyabr ayına nisbətən 101,4 faiz təşkil edib. Yəni, qeyri-ərzaq məhsullarının qiyməti ötən aya nisbətən 0,1 faiz, ötən ilin oktyabr ayı ilə müqayisədə isə 1,4 faiz bahalaşıb.
2020-ci ilin oktyabr ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100 faiz, əvvəlki ilin oktyabr ayına nisbətən 100,3 faiz təşkil edib. Bununla da əhaliyə göstərilən xidmətlərin dəyəri ötən aya nisbətən sabit qalsa da, ötən ilin oktyabr ayına nisbətən 0,3 faiz artıb.
Azərbaycanlıların Ermənistanda keçirdiyi görüşün detalları AÇIQLANDI - VİDEO
Nigar "400 mini haradan tapıb maşın alır" sualına belə cavab verdi
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA












