"Azərbaycanda klassik İT təhlükəsizlik sistemləri işləmirlər" - DİN rəsmisi

Azərbaycanda artıq klassik İT təhlükəsizlik sistemləri işləmirlər.
Avtosfer.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) İnformasiya və Kibertəhlükəsizlik şöbəsinin rəisi Hikmət Məmmədov Bakıda keçirilən II Beynəlxalq "Caspian Innovation Forum 2025" tədbirində bildirib.
O qeyd edib ki, imzaəsaslı təhlükəsizlik sistemləri süni intellektlə gücləndirilmiş, avtomatlaşdırılmış, insan psixologiyasını manipulyasiya edən kiber təhdidlər və hücumlarla mübarizə apara bilmir: "Məsələyə bir üçbucaq kimi baxsaq birinci bucaq kimi texnoloji inkişaf qeyd edilməlidir. Bu, olmadan süni intellekt əsaslı kiber təhlükələrlə mübarizə aparmaq mümkün deyil. Bunun üçün biz süni intellekt (Aİ) əsaslı texnoloji infrastruktur qururuq. Söhbət AI əsaslı müdafiə mexanizminin gətirdiyi üstünlüklərlə çalışa bilən sistemlərdən gedir. İkinci məsələ kiber davamlılıqdır. Bizə əlbəttə ki, hücumlar olacaq. Bəziləri bunu hiss edəcək, bəziləri isə hiss etməyəcək. Bəs bu hücumun qarşılığında göstərdiyimiz xidmətlər davam edəcək yoxsa yox? Hazırlığımız artıq sistemlərimizin davamlılığı, kiber təhdidlərə cavab modelimizlə ölçülür".
DİN rəsmisi hesab edir ki, ən kritik model burada insan amilinin idarə olunmasıdır: "Ən təhlükəli məhz insan amilidir. Hətta bizim qurduğumuz Aİ əsaslı sistemlər belə insan amili hesabına aşıla biləndir. Düşünürəm ki, iri miqyaslı təlimlərin keçirilməsi, praktik təlimlərin təşkilatlarda keçirilməsi əməkdaşlarımızın bu hücumlara qarşı daha hazırlıqlı olmasına gətirib çıxaracaq. Nə qədər əməkdaşımız hazır olacaqsa, o qədər daha qısa müddətdə kibertəhlükəsizlik komandasını bu gələn təhlükə ilə bağlı məlumatlandıracaq və davamlılığımız daha da təmin olunacaq".
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












