Azərbaycanda kommunal xidmətlərə ən çox hansı bölgələr pul xərcləyir? - SİYAHI

Bu ilin ilk 9 ayı ərzində Azərbaycanda su, işıq, qaz və digər yanacaq növlərinə (kommunal xidmətlər) ayda adambaşına orta hesabla 29 manat 16 qəpik sərf olunub.
Avtosfer.az redaktor.az-a istinadən bildirir ki, ötən ilin eyni dövrü ilə müqayisədə adambaşına düşən kommunal xərclər 5,9% və ya 1 manat 63 qəpik artıb.
Qeyd edək ki, Azərbaycanda kommunal xidmətlərə ən çox vəsait Şirvan-Salyan iqtisadi rayonunda sərf olunub. Bu iqtisadi rayonda adambaşına düşən orta aylıq kommunal xərclər 46 manat 40 qəpik olub.
Kommunal xidmətlərə ən az vəsait xərcləyən bölgə isə Şərqi Zəngəzur iqtisadi rayonu olub. Şərqi Zəngəzur iqtisadi rayonunda adambaşına düşən orta aylıq kommunal xərclər 21 manat 40 qəpik təşkil edib.
Azərbaycanda kommunal xidmətlərə sərf olunan adambaşına düşən orta aylıq vəsait aşağıdakı kimi olub:
Naxçıvan MR – 29,8 manat
Abşeron-Xızı – 24,5 manat
Dağlıq Şirvan – 26,6 manat
Gəncə-Daşkəsən – 29,4 manat
Qarabağ – 29,3 manat
Qazax-Tovuz – 25,4 manat
Quba-Xaçmaz – 22,2 manat
Lənkəran-Astara – 33,9 manat
Mərkəzi Aran – 32,2 manat
Mil-Muğan – 27,2 manat
Şəki-Zaqatala – 38,9 manat
Şərqi Zəngəzur – 21,4 manat
Şirvan-Salyan – 46,4 manat.
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA
Bakıda mikromobillik üçün vahid şəbəkə nə vaxt yaradılacaq? – AÇIQLAMA
Bakıda torpaq 17 faiz bahalaşıb: Qiymətlər daha da arta bilərmi? – AÇIQLAMA
“Koroğlu” metrosu yaxınlığında yol örtüyü niyə yenilənmir? – AÇIQLAMA
Rəngli asfalt Bakının nəqliyyat sistemində nəyi dəyişə bilər? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevlə idmançı Əhməd Yusifovun səmimi söhbəti - VİDEO
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI












