Azərbaycanda koronavirusa təkrar yoluxma var, xəstə sayı 2-3 dəfə arta bilər - XƏBƏRDARLIQ

“Koronavirusa yoluxma sayı yanvar-fevral ayına qədər pik həddə çatacaq”.
Bunu APA-ya TƏBİB-in İnfeksion xəstəliklər üzrə İşçi qrupunun üzvü Natiq Əliyev deyib.
O bildirib ki, bu dönəmdə bakterial infeksiyaların işə qarışması ilə immun sistemini çökdürməsi nəticəsində COVID-19-un ortaya çıxması halları ilə rastlaşırıq:
“Ona görə həmin vaxt koronavirus yoluxma sayının pik həddə çatacağını düşünürük. Say olaraq rəqəm demək qeyri-mümkündür. Karantin qaydalarına əməl olunmazsa, bu rəqəm indiki sayın 2-3 qatına qədər arta bilər”.
İnfeksionist qeyd edib ki, Azərbaycanda da koronavirusa təkrar yoluxma halları var:
“Koronavirusa yenidən yoluxma halları var. Bu hal mümkündür. Hazırda bizdə də bu hallar öz təsdiqini tapır. Düşünürəm ki, sərt karantin rejiminə keçilməsi arzuolunandır. Çünki dinamik göstəriciləri ələ almaq üçün sərt karantin rejiminə gedilməsi vacibdir”.
N.Əliyev bildirib ki, koronavirusdan ölən insanlarda səbəblər müxtəlif olur:
“Bunlardan ən əsası miokard infarktı, digər xroniki xəstəliklərlə bağlı ürək-ağciyər çatışmazlığı ola bilər. Bu hallarla rastlaşırıq. Hazırda koronavirusdan daha çox yaşlı insanlar vəfat edir. Amma bu, cavanlarda ölüm halı olmur demək deyil”.
Azərbaycanlıların Ermənistanda keçirdiyi görüşün detalları AÇIQLANDI - VİDEO
Nigar "400 mini haradan tapıb maşın alır" sualına belə cavab verdi
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA











