Azərbaycanda “Mühəndis Soltan Kazımov” gəmisi suya salınıb - FOTO

Bakı Gəmiqayırma Zavodunda Bakı Beynəlxalq Dəniz Ticarət Limanının (Bakı Limanı) sifarişi ilə inşa olunan “Mühəndis Soltan Kazımov” adına dənizdə dibdərinləşdirmə işləri həyata keçirəcək gəmi üzən tərsanə vasitəsilə suya salınıb.
Avtosfer.az bu barədə Bakı Gəmiqayırma Zavoduna istinadən xəbər verir.
Məlumata əsasən, bu gəminin layihələndirilməsi “Damen Shipyards Gorinchem B.V.” ("damenshipyards") şirkətinin təcrübəli mütəxəssisləri tərəfindən tərtib edilib. Gəminin inşası 100 % başa çatıb. Qalan sınaq işləri Gəmiqayırma Zavodunun yanalma körpüsündə davam etdiriləcək.
Azərbaycanda ilk dəfə Bakı Gəmiqayırma Zavodunda inşa edilən dibdərinləşdirən gəminin ümumi uzunluğu 61.20 metr, gövdənin uzunluğu 49.30 metr, ümumi eni 10.50 metr, suya oturumu 1.65 metr və qazma dərinliyi 18 metr təşkil edir.
Qeyd edək ki, dənizdə dibdərinləşdirmə işləri həyata keçirəcək gəminin inşasının tam yekunlaşıb təhvil verilməsi bu ilin may ayına nəzərdə tutulub.
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”

















