Azərbaycanda nazir çimərlik təmizlədi - FOTO
Gündəm
20 Sentyabr 2020 14:06

Avropa İttifaqının çimərliyin təmizlənməsi tədbiri “Təmiz Dəniz səndən başlayır!” şüarı altında keçirilib.
19 sentyabr tarixində Avropa İttifaqı (Aİ) Nümayəndəliyi Beynəlxalq Sahilyanı Təmizlik Günü münasibətilə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə #EUBeachCleanup keçirib. Ekologiya və Təbii Sərvətlər Naziri Muxtar Babayev, Aİ-nın Azərbaycandakı Nümayəndəliyinin Rəhbəri səfir Kəstutis Yankauskas və Latviya Respublikasının Fövqəladə və Səlahiyyətli Səfiri Dainis Garançs tədbirdə iştirak ediblər.
Avropa İttifaqına üzv dövlətlərin səfirliklərinin, Avropa İttifaqının Azərbaycanda həyata keçirilən layihələrinin, Gənc Avropa Səfirlərinin, Avropa Yenidənqurma və İnkişaf Bankının və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ), AzEkol şirkətinin, EkoSfera Sosial-Ekoloji Mərkəzinin nümayəndələri və gənc könüllülər tədbirdə iştirak ediblər.
Tədbirdə Sumqayıt şəhərinin Corat qəsəbəsi sahil ərazisində 5 ha ərazi plastik tullantılardan təmizlənib. Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin dəstəyi ilə həmin ərazidə tullantıların çeşidlənməsi üçün xüsusi konteynerlər yerləşdirilib.
Məqsəd Abşeron çimərliklərindən birinin sadəcə gözəl qalması və təmizlənməsi deyil, həm də media və ictimaiyyətin diqqətini dənizin çirklənməsi və plastik tullantılarla bağlı çətinliklərə cəlb etməkdir.
Tədbir pandemiya şəraitində xüsusi karantin rejiminin qaydalarına uyğun olaraq təhlükəsiz şəkildə sosial məsafəyə riayət etməklə təşkil edilib.
Oxunub : 2716
DİGƏR XƏBƏRLƏR
27 Sentyabr 2026 00:00
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
26 Sentyabr 2026 19:45
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
26 Sentyabr 2026 19:41
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
26 Sentyabr 2026 19:35
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
26 Sentyabr 2026 16:47
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
26 Sentyabr 2026 16:29
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
26 Sentyabr 2026 15:00
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
26 Sentyabr 2026 12:22
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
26 Sentyabr 2026 11:45
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
26 Sentyabr 2026 10:58
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
26 Sentyabr 2026 09:01
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO
25 Sentyabr 2026 20:30
Ermənilərin Qafqaz Albaniyası ilə heç bir əlaqəsi olmayıb – TARİXÇİ - VİDEO
ŞƏRH YAZ












