Azərbaycanda obyekt açmaq üçün hansı sənədlər TƏLƏB OLUNUR?

Azərbaycanda biznes qurmaq və ictimai iaşə obyektləri açmaq istəyənlərin sayı artdıqca, bu sahədə qanunvericiliyin tələbləri də aktuallaşır. Bir çox sahibkar fəaliyyətə başlamaq istəsə də, qarşıda duran hüquqi prosedurlar və icazələrlə bağlı kifayət qədər məlumatlı olmur.
Bəs obyekt açmaq üçün hansı mərhələlərdən keçmək lazımdır və sahibkarlar nələrə diqqət etməlidir?
Avtosfer.az Milli.az-a istinadla xəbər verir ki, bunun üçün ilkin olaraq sahibkarlıq fəaliyyəti rəsmi qeydiyyata alınmalıdır. Bu zaman hüquqi şəxs və ya fərdi sahibkar kimi dövlət qeydiyyatından keçmək lazımdır.
Bu fəaliyyətlə məşğul olmaq üçün sahibkar Dövlət Vergi Xidmətində qeydiyyatdan keçməli və VÖEN əldə etməli, vergi rejimi seçilməli və kassa aparatı qeydiyyata alınmalıdır.
Obyekt sahibkara məxsusdursa, mülkiyyət hüququnu təsdiq edən sənəd - çıxarış təqdim edilməlidir. Obyekt icarəyə götürüldükdə notarial qaydada təsdiq edilmiş icarə müqaviləsi tələb olunur. Obyektin təyinatı qeyri-yaşayış sahəsi olmalıdır.
Bununla yanaşı obyekt açarkən müvafiq qurumlardan sanitar-epidemioloji rəy alınmalıdır. Fəaliyyətə başlamazdan əvvəl obyektin yanğın təhlükəsizliyi tələblərinə uyğunluğu yoxlanılmalı və müvafiq rəy alınmalıdır.
Bəzi fəaliyyətlər üçün lisenziyalar da tələb oluna bilər. Elektrik, qaz və su təchizatı ilə bağlı sahibkarın adına kommunal müqavilələr olmalıdır.
Obyektdə fəaliyyət göstərəcək işçilər tibbi müayinədən keçməli, tibbi rəy alınmalı və işçilərlə əmək müqaviləsi bağlanmalıdır.
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI












