Azərbaycanda özbaşına tikintilərin tənzimlənməsi üçün yeni sənəd hazırlanır

Bu ayın sonuna qədər Azərbaycanda özbaşına tikintilərlə bağlı mövcud vəziyyətin nizamlanmasını nəzərdə tutan normativ hüquqi akt layihəsi və digər əlaqəli sənədlər aparılmış təhlillər əsasında hazırlanaraq aidiyyəti üzrə təqdim olunacaq. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu, Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “Biznesin yerləşdiyi yer (əmlakın qeydiyyatı və icarəsi)” indikatoru üzrə 2025-ci il Yol Xəritəsində öz əksini tapıb. Sənədə əsasən, bu ayın sonunadək mənzil mülkiyyətçisi qismində çıxış edən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin mənzilin yerləşdiyi torpaq sahəsinə münasibətdə hüquqlarının tənzimlənməsi ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflər hazırlanacaq. Bundan başqa, bu ayın sonunadək torpaq icarəsi ilə bağlı mübahisələrin məhkəmədənkənar həlli üçün arbitraj mexanizminin tətbiqini stimullaşdırmaq məqsədilə müvafiq təhlillər aparılacaq və zərurət olduqda nəticələr əsasında təkliflər veriləcək. Eyni zamanda, beynəlxalq təcrübə və müasir texnoloji həllər nəzərə alınmaqla mühafizə zolağında yerləşən daşınmaz əmlakların qeydiyyatından imtina hallarının azaldılması üçün qanunvericiliyə uyğun tənzimləmə aparılması hədəflənir. Bu məqsədlə magistral boru kəmərlərinin, yüksəkgərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin, suların və digər mühafizə zonalarının hüdudlarının dəyişdirilməsi ilə bağlı təkliflər hazırlanacaq.
Tramp, Putin və Su Cinpin Çində görüşəcək; nələr müzakirə ediləcək? - POLİTOLOQ
Ağac avtomobilin və ya evin üzərinə aşanda zərəri kim ödəyəcək? – EKSPERTDƏN AÇIQLAMA
Küləkli havada sürücülər nələrə diqqət etməlidir? – MÜTƏXƏSSİS
Küləkdə ölüm və xəsarət olmaması üçün nə edək? – AÇIQLAMA
Həftəyə tıxacla başladıq
İlham Əliyevin sosial şəbəkə hesablarına kiberhücumlar müşahidə olunur
Prezident İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb












