Azərbaycanda qış belə olacaq - Ən soyuq dövr...

Amerika və Avropanın aparıcı meteoroloji qurumlarının uzunmüddətli hava proqnozlarına əsasən, 2026-cı ilin qışı qlobal miqyasda qeyri-sabit və dəyişkən hava şəraiti ilə xarakterizə olunacaq. Proqnozlara görə, müxtəlif bölgələrdə qışın gedişi bir-birindən kəskin şəkildə fərqlənə bilər. Azərbaycanda da qışın necə keçəcəyinə dair müxtəlif açıqlamalar verilir.
Bəs görəsən, deyilənlər doğrudur?
Avtosfer.az-ın məlumatına görə, Milli Hidrometeorologiya Xidmətindən “Yeni Sabah”ın sorğusuna cavab olaraq bildirilib ki, fəsli hava proqnozları Ümumdünya Meteorologiya Təşkilatının regional iqlim mərkəzlərinin tədqiqatlarına əsaslanır.
Qurumdan əlavə edilib ki, qısa və orta müddətli proqnozlardan fərqli olaraq, uzunmüddətli proqnozlar konkret bir ərazi üzrə dəqiq hava şəraitini deyil, ümumi qlobal iqlim tendensiyalarını əks etdirir:
“Ölkənin relyefi və Xəzər dənizinə yaxınlığı nəzərə alındıqda, qış fəslinin adətən yumşaq keçdiyini demək olar. Abşeron yarımadası üçün kəskin və uzunmüddətli şaxtalar səciyyəvi deyil. Çoxillik meteoroloji müşahidələr göstərir ki, qışın ən soyuq dövrü əsasən fevral ayına təsadüf edir. Belə ki, ötən qış mövsümündə şəhərdə 12 gün qarlı hava qeydə alınıb və bunun 11 günü fevral ayının payına düşüb. Həmin ay ərzində minimal temperatur 4,6 dərəcə şaxta olub”.
Xidmətdən bildirilib ki, proqnozlara əsasən, bu qış mövsümündə havanın temperaturunun ümumilikdə iqlim norması daxilində olacağı gözlənilir:
“Yanvar ayında isə temperaturun normadan 0,5–1 dərəcə yüksək olacağı ehtimal edilir. Bununla yanaşı, qış fəsli ərzində ayrı-ayrı dövrlərdə soyuq hava dalğalarının təsiri ilə temperaturun qısamüddətli olaraq aşağı düşməsi istisna edilmir. Yağıntılara gəldikdə isə, Abşeron yarımadasında, o cümlədən bəzi dövrlərdə yağıntıların miqdarının iqlim normasından bir qədər yüksək olacağı proqnozlaşdırılır”.
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”












