Azərbaycandan BMT-yə hesabat: PKK terrorçularını yunan təyyarələri daşıyıb
Şiddətli döyüşlər nəticəsində işğal altındakı torpaqlarını azad edən Azərbaycan dəfələrlə Ermənistan tərəfində əcnəbi terrorçuların döyüşməsinə diqqət çəkib. BMT-yə təqdim olunan hesabatda isə PKK terrorçularını Qarabağa yunan təyyarələrinin apardığı vurğulanıb.
TED.az xəbər verir ki, bu barədə Türkiyə mediasında da məlumat yayılıb.
Xəbərdə bildirilir ki, Azərbaycanın Birləşmiş Millətlər Təşkilatındakı daimi nümayəndəsi Yaşar Əliyev BMT Baş Katibinə 18 noyabr tarixində məktub göndərib. Məktubda bu məsələ hərtərəfli təhlil olunub. Məktubda işğal olunmuş ərazilərdə qanunsuz yerləşdirilmiş erməni qüvvələrinin və terror qruplaşmalarına cəlb olunmuş xarici vətəndaşların siyahısı, aldıqları ödənişlərlə bağlı fotolardan ibarət dəlillərin olduğu vurğulanıb.
Bildirilib ki, işğal olunmuş ərazilərdə Azərbaycana qarşı müharibəyə hazırlaşmaq üçün PKK və ASALA terror təşkilatlarının əmri ilə Ermənistan tərəfindən təlim düşərgələri yaradılıb.
Azərbaycanlıların Ermənistanda keçirdiyi görüşün detalları AÇIQLANDI - VİDEO
Nigar "400 mini haradan tapıb maşın alır" sualına belə cavab verdi
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA











