Azərbaycandan ixrac edilən nərə balığı niyə ucuz olub? – Ekspert AÇIQLADI - VİDEO

Bu ilin ilk üç ayında Azərbaycan xarici ölkələrə 1 min 694,8 ton dondurulmuş nərə balığı ixrac olunub. İxrac olunan məhsulun ümumi dəyəri 1 milyon 795 min dollar təşkil edib. Bu dövrdə dondurulmuş nərə balığının 1 kiloqramının orta gömrük dəyəri 1,06 dollar olub. Azərbaycan bu məhsulu üç ölkəyə ixrac edib. Ən böyük həcmdə ixrac Rusiyaya həyata keçirilib. Belə ki, hesabat dövründə Rusiyaya 1 473,8 ton dondurulmuş nərə balığı göndərilib. Bu məhsulun 1 kiloqramının orta gömrük dəyəri 1,08 dollar təşkil edib. Qazaxıstana 178,2 ton nərə balığı ixrac olunub və məhsulun orta gömrük dəyəri 0,93 dollar olub. Türkmənistana isə 42,8 ton məhsul göndərilib. Bu istiqamətdə 1 kiloqramın orta gömrük dəyəri 0,75 dollar qeydə alınıb. Azərbaycanın dondurulmuş nərə balığı ixracında əsas pay Rusiyanın payına düşüb.
Mövzu ilə bağlı İqtisadçı Eyyub Kərimli Avtosfer.az- açıqlamasında bildirib ki, burada söhbət gömrük statistikası əsasında formalaşan göstəricilərdən gedə bilər və bu rəqəmlər məhsulların real bazar dəyərini tam əks etdirməyə də bilər;

''Əgər Azərbaycan Rusiyadan daha baha məhsul idxal edir, Türkiyəyə isə daha ucuz məhsul ixrac edirsə, bunun səbəblərindən biri keyfiyyət fərqləri ola bilər. Belə ki, eyni məhsul kateqoriyasına aid olsa da, məhsulların keyfiyyəti, çeşidi və istehsal xüsusiyyətləri fərqli ola bilər. Digər tərəfdən, Rusiyadan idxal olunan məhsullar daha yüksək keyfiyyətli və ya təbii məhsullar, Türkiyəyə ixrac edilən məhsullar isə fərqli standartlara malik məhsullar ola bilər. Bu da qiymətlər arasında fərqin yaranmasına təsir göstərə bilər''.
İqtisadçı qeyd edib ki, iki ölkə arasında tətbiq olunan ticarət razılaşmaları, kvotalar, gömrük güzəştləri və digər iqtisadi amillər də qiymət fərqlərinin formalaşmasında rol oynaya bilər. Ona görə də hesab edirəm ki, bu məsələni dəqiq qiymətləndirmək üçün daha geniş və ətraflı araşdırma aparılmasına ehtiyac var.
Fatimə Dadaşova
Prezident İlham Əliyev Bayraq Günü ilə bağlı videoçarx paylaşıb - VİDEO
İlham Əliyevin adından Türkiyə prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsinin önünə əklillər qoyublar
Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər - YENİLƏNİB - VİDEO
Heydər Əliyevlə xanımı Zəfər abidəsini ziyarət etdi - FOTO
Şuşada İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü keçirilir
“Ölümsüz Komandan - Qarabağın Zəfər Marşı” adlı videoçarx hazırlanıb - VİDEO
Prezident: Vaxtilə “şeytan yuvası” olan bina Zəfər muzeyi olacaq
Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa MÜRACİƏT EDİB - VİDEO
Hikmət Hacıyev: Şuşada olmaq qürur və xoşbəxtlikdir - VİDEO
Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib - FOTO












