Azərbaycandan xaricə getmək bahalaşıb - Səbəb nədir?

Bu ilin yanvar-iyul aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı ötən ilin eyni dövrü ilə müqayisədə 2,8 % azalaraq 1 milyon 188,9 min nəfər olub. Dövlət Statistika Komitəsinə məlumatına görə, vətəndaşlarının 40,6 %-i Türkiyəyə, 15,7 %-i Rusiyaya, 11,2 %-i Gürcüstana, 8,9 %-i İrana, 23,6 %-i digər ölkələrə səfər edib, 64,7 faizini kişilər, 35,3 faizini qadınlar təşkil edib. 1 il əvvələ nisbətən İrana gedənlərin sayı 0,8 %, Gürcüstana gedənlərin sayı 25,9 % artıb, Türkiyəyə gedənlərin sayı 4,2 %, Rusiyaya gedənlərin sayı isə 28,5 % azalıb. Azərbaycan vətəndaşlarının 69,8 %-i hava, 28,2 %-i dəmir yolu və avtomobil, 2 %-i isə dəniz nəqliyyatından istifadə edib. Son aylarda Azərbaycandan xaricə səyahət edənlərin sayında azalma müşahidə olunur. Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlər göstərir ki, ötən ilin eyni dövrü ilə müqayisədə ölkədən gedənlərin ümumi sayı bir qədər geriləyib.
Azərbaycanda insanlar səyahətə çıxmağa niyə çəkinirlər? Burada maddi imkanların məhdudluğu, yoxsa başqa faktorlar rol oynayır?
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı "Cümhuriyət” qəzetinə açıqlama verən turizm eksperti Ceyhun Aşurov bildirib ki, xaricə gedənlərin sayındakı azalma pandemiya sonrası bərpanın ləngiməsi, iqtisadi çətinliklər və quru sərhədlərin bağlı qalması ilə bağlıdır:
"Bu ilin ilk 6 ayında xaricə gedən vətəndaşların sayında ümumi azalma müşahidə olunur. 2019-cu ildə 5,5 milyon Azərbaycan vətəndaşı xarici səfərlər etmişdi. Görürük ki, COVID-19 pandemiyasından sonra səyahət bazarı hələ də tam bərpa olunmayıb. Ümumilikdə ölkəyə gələnlərin də sayında azalma var, lakin gedənlərin sayındakı geriləmə daha qabarıq şəkildə görünür. Ölkədən xaricə səfərlərin azalmasına qlobal miqyasda regional gərginliklər, inflyasiya, qida məhsullarının, enerji daşıyıcılarının və nəqliyyat xərclərinin artması da bir sıra təsirlər göstərib. Bundan əlavə, nəzərə almaq lazımdır ki, Azərbaycanın quru sərhədləri hələ də bağlıdır. Əvvəllər xaricə gedənlərin əksəriyyəti səfərlərini quru sərhədləri vasitəsilə həyata keçirirdisə, indi məcburən hava nəqliyyatından istifadə edirlər. Lakin hava nəqliyyatının qiymətləri də kifayət qədər yüksəkdir”.
Ekspert qeyd edib ki, xarici səyahətlərdə məhdudiyyətlər və xərclərin artması statistikalara təsir etsə də, daxili turizmə tələbat hələ də yüksəkdir:
"Əvvəllər vətəndaşlar qonşu ölkələrdən tranzit kimi istifadə edərək digər ölkələrə səfər edə bilirdilər, lakin indi bu imkanlar mövcud deyil. Bütün bu amillər, həmçinin regional iqtisadi-siyasi vəziyyət ümumi statistik göstəricilərə təsir edir. Turistlərin ölkəyə gəlməsi bazarda müəyyən bərpa müşahidə olunsa da, hələ pandemiyadan əvvəlki səviyyəyə çatmayıb. Statistikaya həm iqtisadi, həm də siyasi faktorlar təsir göstərməkdədir. Səyahətə getmək istəyən insanlar müəyyən xərcləri ödəməyə hazır olmalıdırlar. Bunun paralelində daxili turizmə olan təlabat hələ də yüksək olaraq qalmaqdadır”.
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ_Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA
Narkotikə görə həbs olunması barədə xəbərlərdən danışdı: “Hər qəpiyim halaldır”
"My Gov"la bağlı QƏRİBƏ OLAY - Vətəndaşın adına ağır diaqnozlar yazıldı - FOTO
Xırdalana metro çəkilməsi nə qədər realdır? - VACİB AÇIQLAMA - FOTO
Rusiya Hindistana dəmir yolu çəkmək niyyətindədir - POLİTOLOQ
Bakıda gözlənilən məsələ: ekspress avtobuslar pulsuz olacaq? – AÇIQLAMA










