Azərbaycanın Avrasiyanın nəqliyyat qovşağına çevrilməsi üçün müvafiq addımlar atılır - Nazir müavini

Son dövlər yaranmış geosiyasi vəziyyət Azərbaycanın beynəlxalq daşımalar sahəsində strateji əhəmiyyətini daha da artırıb.
Avtosfer.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanov “Nəqliyyat İnfrastrukturunun inkişafına dair sual və təkliflərin müzakirəsi” mövzusunda keçirilən “Milli Biznesin İnkişafı Forumunun ilk sessiyası”nda bildirib.
"Azərbaycanda nəqliyyat infrastrukturu sahəsində böyük islahatlar həyata keçirilir. Bu islahatların məqsədi həm dövlət, həm özəl sektorun bigə fəaliyyəti stimulaşdırmaq, innovativ həllər və rəqəmsal texnologiyalar tətbiq etməklə daha səmərəli bir sistem qurmaqdadır. Belə ki, son illər Azərbaycan iqtisadiyyatında nəqliyyat sahəsinin rolu ciddi dərəcədə artıb və bu sahənin ÜDM-də payı 6,5 %-ə qədər yüksəlib", - o vurğulayıb.
Onun sözlərinə görə, ölkənin tranzit potensialının artması və Avrasiyanın nəqliyyat qovşağına çevrilməsi istiqamətində müvafiq addımlar atılır:
"Qısa müddət ərzində Azərbaycan ərazisində keçən tranzit yüklərin həcmində kəskin artım müşahidə olunur. Bundan əlavə, ölkə ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin üzərində yerləşən magistral avtomobil yolları birinci texniki dərəcə səviyyəsində yenidən qurulur".
Hindistanlı nazirə görə Özbəkistanın XİN başçısı da Bakıya gəldi - POLİTOLOQ
Süni intellektin biznesə zərəri xeyrindən çoxmuş
Deputatın oğlunun da həbs edildiyi qanlı cinayətdə öldürülən Ceyhunun FOTOLARI - VİDEO
Azərbaycanda bu şəxslərə benzin və dizel pulsuzdur
Xətaidə cinayətkar qrupun 11 üzvü HƏBS EDİLDİ - VİDEO
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ!
Ceyhunu öldürən şəxslər məhkəməyə BELƏ GƏTİRİLDİ - VİDEO
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb - FOTO
Avtomobillə işə gedənlərə PİS XƏBƏR
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA












