Azərbaycanın magistral yollarında SON VƏZİYYƏT - FOTO

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Şamaxı və Qobustan rayonlarından keçən magistral yolları qardan və buz qatından təmizlənib. Paralel olaraq, Şamaxı-Pirqulu avtomobil yolunda da işlər aparılır və yaranmış çətinliklər aradan qaldırılıb.
Qarlı və şaxtalı hava təkcə Bakı-Şamaxı-Yevlax yoluna deyil, Şamaxı-Pirqulu-Dəmirçi avtomobil yoluna da təsir edib. Bu ərazidə də qar və buzlaşma səbəbindən nəqliyyatın hərəkətində çətinliklər yaranıb. Aidiyyəti qurumlar ərazidə yolların təmizlənməsi və təhlükəsizliyin təmin olunması üçün tədbirlər görməkdə davam edir.

Avtosfer.az “Azərtac”a istinadən xəbər verir ki, 19 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin direktoru Nazim Eynallının sözlərinə görə, qarın davamlı yağmasına baxmayaraq, işçilər fasiləsiz olaraq gecə-gündüz növbəli şəkildə çalışırlar:
“Qar davamlı yağdı, biz də fasiləsiz olaraq gecəli-gündüzlü növbəli şəkildə bütün işçi heyətimiz və texnikamızla işlədik. Qar təmizlənib, duz-qum qarışığı yola səpilib ki, buz ərisin. Yenə də arxayınlaşmırıq, bilirik ki, sabah-birigün də bizi şaxta və qar gözləyir. Buna görə də biz tam hazırıq və bütün təminatımız var".

Hazırda bölgədə qar yağmasa da, şaxtalı hava şəraiti davam edir. Xüsusilə gecə saatlarında buzlanma ehtimalı yüksək olduğundan, sürücülərə sürət həddinə əməl etmələri və nəqliyyat vasitələrinin texniki vəziyyətinə xüsusi diqqət yetirmələri tövsiyə olunur.
Xatırladaq ki, fevralın 20-si səhər saatlarından etibarən Qobustan və Şamaxı rayonları ərazisində yağan qar axşam saatlarında daha da intensivləşib. Bunun nəticəsində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 105-120-ci kilometrliyində buzlaşma yaranıb. 19 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı MMC tərəfindən yolların buzdan təmizlənməsi üçün hərəkət hissəsinə duz-qum qarışığı səpilib.
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO












