Azərbaycanın "qara siyahı"sında olan şəxslərin sayı açıqlanıb

Azərbaycan əraziləri işğal altında olduğu dövrdə oraya səfər etməklə "qara siyahı"ya daxil edilən şəxslərin sayı hazırda iki min nəfərdən çoxdur. Avtosfer.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına dair hesabatın təqdimatı zamanı jurnalistlərin suallarını cavablandırarkən deyib. "İşğal dövründə Azərbaycan ərazilərinə rəsmi Bakının icazəsi olmadan gəlib-gedən şəxslər ölkəmizin "qara siyahı"sına daxil etmişdi. Kimlər ki, bu məsələ ilə bağlı rəsmi müraciət edərək üzrxahlıq ediblər, onlar siyahıdan çıxarılıb və bu gün Azərbaycan ərazisinə səfər edə bilərlər. Kimlər üzrxahlıq etməyibsə, onlar hələ də "qara siyahı"dadırlar. Ümumilikdə, hazırda bu siyahıda iki mindən çox şəxs var və bu, 30 il ərzində qeydə alınıb", - nazir qeyd edib.
İlham Əliyevin sosial şəbəkə hesablarına kiberhücumlar müşahidə olunur
Prezident İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH












