Azərbaycanın tütün daşıyan yük avtomobilləri gömrükdən buraxılmır - VİDEO

Batumidə və Tbilisi gömrük-keçid məntəqələrində 20 gündən artıqdır ki, Azərbaycan yük maşınları saxlanılır.
Avtosfer.az xəbər verir ki, bu barədə TIR sürücülərindən biri Aslan Kərimovun "Report"a bildirdiyinə görə, problem yalnız tütün yükləri olan maşınlarda yaranıb, digərləri isə sərbəst buraxılır:
"Gürcüstan tərəfi yalnız bizim maşınları saxlayır, gürcü maşınları sərbəst keçirlər. Səbəb açıqlanmır və konkret cavab vermirlər. Gömrük qurumuna müraciət etmişik, amma bizə bildirilib ki, maşınlar Maliyyə Polisinin nəzarətinə düşüb. Halbuki maşınlar tranzit yük daşıyır və Avropaya gedirdi".
A.Kərimovun sözlərinə görə, maşınların buraxılmaması üçün heç bir məhkəmə qərarı yoxdur və onlar yalnız gömrük işçilərinin müşahidəsi altında saxlanılırlar.
Onun sözlərinə görə, gömrük işçiləri sürücülərlə kobud davranır və suallara normal cavab vermirlər.
Azərbaycanın Batumidəki Baş konsulluğundan bildirilib ki, vəziyyətdən məlumatlıdırlar və məsələnin həlli istiqamətində iş aparırlar. Gürcüstandakı Azərbaycan səfirliyindən isə məlumat verilib ki, yazılı ərizə ilə onlara müraciət edilib və onlar da bu işlə məşğuldurlar.
Gürcüstan Dövlət Müəssisəsinin Gəlirlər Xidmətinin İctimaiyyətlə Əlaqələr və Marketinq Departamentinin rəhbəri Tamar Andriadze bildirib ki, gömrük xidməti tam həcmdə və fasiləsiz fəaliyyət göstərir və bütün maşınlara standart prosedurlar tətbiq olunur:
"Xüsusilə də sizin soruşduğunuz avtomobillər - o cümlədən Azərbaycan nömrəli maşınlar - eyni prosedurlardan keçir. Standart prosedurlar bitdikdən sonra bütün bu maşınlar təyinat yerlərinə göndəriləcək. Onlarla bağlı heç bir problem mövcud deyil".
Departament rəhbəri əlavə edib ki, sürücülərin bəzi hallarda bildirilməsi mümkün olan problemlər sənədləşmə və ya digər gömrük prosedurları ilə bağlı ola bilər.
"Mən konkret halda nəyin baş verdiyini deyə bilmərəm, amma ümumi olaraq bütün maşınlar, o cümlədən Azərbaycan nömrəli avtomobillər standart prosedurlardan keçir," – deyə T.Andriadze qeyd edib.
Dünyanın gündəmi son 6 ildə necə dəyişib? - POLİTOLOQ
Bakının yeni tramvay marşrutu - Məhəmmədi, Binəqədi, "28 May"... - FOTO
Neftin qiymətində artım büdcə gəlirlərinə necə təsir edəcək? – DEPUTAT
Azərbaycan TDT üçün niyə mühüm ölkədir? – POLİTOLOQ
DYP-dən traktor və kənd təsərrüfatı texnikalarının sürücülərinə XƏBƏRDARLIQ
Ukraynanın hücumları Rusiya seçkilərinə necə təsir etdi? – Politoloq
Abşeron sahillərində nəqliyyat yükü necə azaldılmalıdır? – EKSPERT
Bir zolaq ləğv edilsin, yerinə velosiped yolu çəkilsin – TƏKLİF
Bu yollarda tıxac var - SİYAHI - FOTO
XTQ mayorunun döyüş gündəliyi: Xankəndiyə aparan 23 saat 43 dəqiqə
Ermənilər Kərkini boşaldacaq: Paşinyan qərar verdi












