Azərbaycanın üç idmançısı dopinqə görə cəzalandırılıb

Azərbaycanın üç idmançısı dopinqə görə cəzalandırılıb.
Avtosfer.az AMADA-ya istinadən xəbər verir ki, Səidə Əliyeva (taekvondo), Günel Vəliyeva (ağırlıqqaldırma) və Rövşən Xəlilov (pauerliftinq) diskvalifikasiya olunublar.
Hər üç idmançının cəzalandırılmasına nümunələrində qadağan edilmiş maddələrin aşkarlanması səbəb olub. S.Əliyevada “furosemid”, G.Vəliyevada “methyltrienolon”, R.Xəlilovda isə “metandienone” aşkarlanıb.
S.Əliyeva yarışlardan 2, digər idmançılar isə 4 il müddətinə uzaqlaşdırılıb. Taekvondoçu ilə bağlı sanksiyanın başlama tarixi bu il fevralın 16-sı göstərilib.
Dörd illik cəzalandırılan G.Vəliyeva ilə bağlı sanksiyanın 2023-cü il sentyabrın 7-dən etibarən başladığı təsdiqlənib. Pauerliftinqçi R.Xəlilovun cəzası isə 2021-ci il noyabrın 18-dən qüvvəyə minib.
Bakıda mikromobillik üçün vahid şəbəkə nə vaxt yaradılacaq? – AÇIQLAMA
Bakıda torpaq 17 faiz bahalaşıb: Qiymətlər daha da arta bilərmi? – AÇIQLAMA
“Koroğlu” metrosu yaxınlığında yol örtüyü niyə yenilənmir? – AÇIQLAMA
Rəngli asfalt Bakının nəqliyyat sistemində nəyi dəyişə bilər? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevlə idmançı Əhməd Yusifovun səmimi söhbəti - VİDEO
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA












