Azərbaycanın yük avtomobillərinin ölkəyə girişinə icazə verildi

Pakistan hökuməti tranzit və ikitərəfli ticarət yüklərini daşıyan Azərbaycanın qeydiyyatdan keçmiş avtomobillərinin ölkəyə daxil olmasına rəsmi icazə verib.
Avtosfer.az “Azərtac”a istinadən xəbər verir ki, Pakistanın Federal Gəlirlər Şurası Azərbaycan-Pakistan Tranzit Ticarət Sazişi çərçivəsində Azərbaycan-Pakistan Tranzit Ticarət Qaydaları ilə bağlı sərəncam verib.
Sərəncama əsasən, Azərbaycanın Kəraçi limanı, Məhəmməd Bin Qasim və Qvadar limanına və bu limanlar vasitəsilə digər ölkələrə idxal etdiyi yüklərin daşınması asanlaşacaq.
Bundan başqa, tranzit və ikitərəfli ticarət yüklərinin daşınması üçün istifadə olunan Azərbaycan dövlət qeydiyyatına alınmış, etibarlı icazələri olan avtonəqliyyat vasitələrinə nəqliyyat vasitəsindən tutulan rüsum və vergilər üçün heç bir maliyyə təminatı alınmayacaq.
Orta Dəhlizin inkişafı Azərbaycanın tranzit imkanlarını necə dəyişəcək? – AÇIQLAMA
Ölkənin nəqliyyat sistemi növbəti yağışlara necə hazırlaşmalıdır? - AÇIQLAMA
Gürcüstanda avtomobil rüsumları artırılır: Azərbaycan bazarına təsiri necə olacaq? - AÇIQLAMA
Təcili yardımın arxası ilə gedən sürücülərə DİN-dən XƏBƏRDARLIQ - VİDEO
Səkilərdə piyadaların maneəsiz hərəkəti necə təmin edilməlidir? – TƏKLİF
Bu yollarda tıxac var - Sürücülərin NƏZƏRİNƏ!
İlham Əliyev Gürcüstanın baş nazirinin müavinini qəbul edib - FOTO
“Bədr müqaviləsi” ABŞ-ın hərbi sənaye bazarındakı mövqelərini zəiflədə bilər – POLİTOLOQ
Prezident Özbəkistanla iki sənədi təsdiqlədi
Dumanlı havada bu işıqları yandırmaq təhlükəlidir – XƏBƏRDARLIQ
Dağ yollarında avtobuslara məhdudiyyət qoyulmalıdırmı? – EKSPERT AÇIQLADI












