Azərbaycanla nəqliyyat sahəsində əməkdaşlığı gücləndirməyə çalışırıq - Səfir

Rumıniya və Azərbaycan nəqliyyat sahəsində əməkdaşlığı gücləndirməyə çalışır.
Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bunu Rumıniyanın Azərbaycandakı səfiri Vasile Soare ölkəsinin Milli Günü münasibətilə keçirilən qəbulda deyib.
Diplomat vurğulayıb ki, Orta Dəhliz Avropa ilə Asiyanı birləşdirən əsas marşrutdur, Bakı və Konstansa limanları isə mühüm coğrafi qovşaqlar rolunu oynayır.
Soare ölkələr arasında ticari-iqtisadi əməkdaşlıqda mühüm irəliləyişlərin olduğunu qeyd edib. O, həmçinin vurğulayıb ki, 2022-ci ildən Rumıniya ilə Azərbaycan Mərkəzi və Şərqi Avropanın enerji təhlükəsizliyini gücləndirəcək böyük enerji layihəsinin – “Black Sea Energy” yaşıl enerji dəhlizinin həyata keçirilməsi üzərində uğurla işləyirlər.
“Bu ilin sentyabrında Buxarestdə konkret nəticələr əldə edilib, burada iştirakçı ölkələr layihə üçün birgə müəssisə yaratmaq barədə razılığa gəliblər”, - Soare əlavə edib.
Onun sözlərinə görə, ölkələr arasında diplomatik münasibətlərin mövcud olduğu 32 il ərzində Rumıniya ilə Azərbaycan arasında siyasət, diplomatiya, iqtisadiyyat, enerji, nəqliyyat, mədəniyyət və təhsil də daxil olmaqla əksər sahələrdə əməkdaşlıq əhəmiyyətli dərəcədə dərinləşib.
İlham Əliyevin Vyetnama rəsmi səfəri ilə bağlı VİDEOÇARX - VİDEO
İndiyədək neçə avtomobil utilizasiyaya verilib? - AÇIQLAMA
İlham Əliyev Vyetnama rəsmi səfərə gedib - FOTO
Azərbaycanda 21 yeni peşə məktəbi hansı ərazilərdə tikiləcək? – AÇIQLAMA
Bakıda avtobuslar üçün yeni svetofor sistemi: Nə dəyişəcək? – AÇIQLAMA
Rayon yollarında təhlükə yaradan 3 əsas amil hansılardır? – MÜTƏXƏSSİS
Bu yollarda tıxac var - SİYAHI
Orta Dəhlizin inkişafı Azərbaycanın tranzit imkanlarını necə dəyişəcək? – AÇIQLAMA
Ölkənin nəqliyyat sistemi növbəti yağışlara necə hazırlaşmalıdır? - AÇIQLAMA
Gürcüstanda avtomobil rüsumları artırılır: Azərbaycan bazarına təsiri necə olacaq? - AÇIQLAMA
Təcili yardımın arxası ilə gedən sürücülərə DİN-dən XƏBƏRDARLIQ - VİDEO












