“Azərbaycanla Türkiyə Ermənistanla münasibətləri normallaşdıra bilər”

“Türkiyə və Azərbaycan olaraq Ermənistanla münasibətlərimizi normallaşdırmaq üçün addımlar ata bilərik... Bu addımları Azərbaycanla birlikdə kordinasiya edəcəyik”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bu gün Almaniya xarici işlər naziri Hayko Maas ilə görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib.
“Dağlıq Qarabağ problemi, təəssüf ki, 30 ildir siyasi yolla həll olunmadığı üçün hərbi yolla həll edildi. Ancaq hazırda atəşkəsdir. Vacib bir fürsətdir, bu fürsət qaçırılmamalıdır.
Atəşkəs qalıcı olarsa və Ermənistan da buna inanarsa, biz Türkiyə və Azərbaycan olaraq Ermənistanla münasibətlərimizi normallaşdırmaq üçün addımlar ata bilərik. Bu addımları Azərbaycanla birlikdə koordinasiya edəcəyik. Hazırda isə çox vacib bir fürsət var, bu fürsət boşa getməməlidir. Nəqliyyat və enerji sahəsində layihələr, həmçinin sərhədlərin açılmasına dair müsbət bir gündəm var. Bu yolda Türkiyə olaraq töhvə verməyə davam edəcəyik. Atəşkəsin qalıcı olmasını arzu edirik”,- deyə Çavuşoğlu qeyd edib.
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO












