Azərbaycanlı biznesmeni maşınında bu hala saldılar

Ukraynanın separatçıların nəzarəti altında olan Luqansk şəhərində Vilayət Administrasiyasının keçmiş əməkdaşı, azərbaycanlı iş adamı Nəsibov Nəsib Yadigar oğlu naməlum şəxslər tərəfindən öldürülüb. Luqansk Vilayəti Azərbaycanlıları Konqresindən verilən məlumata görə, əslən Azərbaycanın Xankəndi şəhərindən olan, Ukrayna vətəndaşı, 1958-ci il təvəllüdlü N.Nəsibov sentyabrın 1-də şəhərin mərkəzindəki küçələrin birində öz avtomobilində gülləbaran edilib. Aldığı çoxsaylı güllələrdən tanınmaz hala düşən N.Nəsibovun meyiti ailəsi tərəfindən Luqanskda dəfn edilib. N.Nəsibov 1988-96-cı illərdə Luqansk Vilayət Administrasiyasında yüksək vəzifə tutub.
Hazırda şəhəri nəzarətdə saxlayan “Luqansk Xalq Respublikası”nın milisi N.Nəsibovun ölümü ilə bağlı cinayət işi qaldırıb, qatilin, yaxud qatillərin tezliklə tapılacağına dair ailəsinə söz verib. / APA
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












