Azərbaycanlı blogeri döyən idmançını hansı cəza gözləyir?

MMA döyüşçüsü Şovhal Çurçayev Dubayda bloger Sübhan Məmmədovu ("Subo") canlı yayım zamanı döydüyünə görə ciddi cəza ilə üzləşə bilər.
Avtosfer.az xəbər verir ki, bu barədə cinayət işləri üzrə vəkil Maksim Kalinov rus mətbuatına açıqlamasında bildirib. Onun sözlərinə görə, Dubayda ictimai təhlükəsizliklə bağlı çox ciddi tədbirlər görülür və yerli qanunvericiliyə əsasən, bədən xəsarətləri yetirmək və ictimai yerdə təhqir kimi əməllərə görə böyük məbləğdə cərimə və həbs cəzası nəzərdə tutulur.
Maksim Silvestri bildirib ki, sözügedən insident zamanı blogerə ehtimal ki, ciddi bədən xəsarətləri yetirilib. Dubayda belə hallara görə böyük cərimələr və beş ilədək azadlıqdan məhrumetmə cəzası tətbiq oluna bilər.
Vəkilin sözlərinə görə, MMA döyüşçüsünü ciddi hüquqi nəticələr gözləyə bilər və bu, onun müdafiəsinin necə qurulacağından asılı olacaq. Dubayda ictimai təhlükəsizlik qaydalarına çox ciddi riayət olunduğunu xatırladan Silvestri bildirib ki, hətta küçədə edilən adi bir təhqir belə bir il həbs və böyük cərimə ilə nəticələnə bilər.
Qeyd edək ki, Sübhan Məmmədov canlı yayımda Şovhal Çurçayevlə etdiyi uğursuz zarafatına görə döyülüb.
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












