Azərbaycanlı və erməni sakinlərin birgəyaşayışı bu şərtlə təmin ediləcək

"Azərbaycan tərəfi etnik və dini mənsubiyyətindən asılı olmayaraq, bərabər şəkildə və ayrı-seçkilik olmadan bütün Azərbaycan vətəndaşlarının hüquq və azadlıqlarını təmin edərək, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin ərazilərində yaşayan erməni əsilli vətəndaşlarını ölkənin siyasi, sosial, iqtisadi məkanına yenidən inteqrasiya etməkdə qərarlıdır. Bu baxımdan, Azərbaycan Respublikasının Konstitusiyası möhkəm hüquqi bazanı təmin edir".
"Report" xəbər verir ki, bunu ATƏT-in Nazirlər Şurasının 27-ci iclasında Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov çıxışı zamanı deyib.
Nazir bildirib ki, münaqişənin əhatə etdiyi ərazilərdəki azərbaycanlı və erməni sakinlərinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində bir-birlərinin təhlükəsizliyinə, etnik və dini mənsubiyyətinə hörmətə əsaslanan dinc birgəyaşayışı təmin edilməlidir və sonunda təmin ediləcək:
"Biz münaqişədən sonrakı yeni mərhələyə, yenidənqurma və bərpa mərhələsinə, dinc birgəyaşayışın bərpa mərhələsinə qədəm qoyuruq. İnkişaf və əməkdaşlıq üçün yeni imkanlar meydana çıxır. Həmkarlarımızı və tərəfdaşlarımızı yeni perspektivli reallıqları qiymətləndirməyə və onlardan faydalanmağa çağırırıq".
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












